İsrail ordusu Qəzzada “Əl-Şifa” xəstəxanası yaxınlığında HƏMAS-ın qərargahına doğru irəlilədiyini bildirib...
İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qoşunları Qəzza zolağının şimalında quru əməliyyatı zamanı Fələstin HƏMAS hərəkatının “Əl-Şifa” xəstəxanası yaxınlığındakı qərargahına doğru irəliləyib.
Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü briqada generalı Daniel Həqari məlumat verib. The Times of Israel qəzeti yazır ki, HƏMAS-ın qərargahı xəstəxana binasının altındakı tunellərdə yerləşir.
Gündəlik brifinq zamanı Daniel Hagari həmçinin HƏMAS-ın bir neçə səhra komandirinin hava hücumları nəticəsində öldürüldüyünü də bildirib. Generalın sözlərinə görə, mühəndis qoşunları quru bölmələrinin yolunda bütün yeraltı tunelləri məhv edilir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən, bir aydır ki, davam edir.
Poliqon.info