Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İspaniyanın konsulluğuna qadağa qoyub

İsrailin xarici işlər naziri İsrael Katz Madridin Fələstin dövlətçiliyini tanımaq qərarından sonra Yerusəlimdəki İspaniya konsulluğuna İordan çayının qərb sahilindən olan fələstinlilərə xidmət göstərməsini qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

"İspaniyanın İsraildəki missiyası ilə fələstinlilər arasındakı əlaqəni kəsmək və Yerusəlimdəki İspaniya konsulluğunun İordan çayının qərb sahilindən fələstinlilərə xidmət göstərməsini qadağan etmək qərarına gəldim", deyə nazir bildirib.

Nazir bu addımın İspaniyanın Fələstini tanıması və İspaniya baş nazirinin müavininin "Fələstini çaydan dənizə qədər azad etmək" çağırışına cavab olaraq atdığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlayıb. Əvvəlcə onlar Yaxın Şərqdəki münaqişə həll olunmayana qədər bunu etmək niyyətində deyildilər, lakin sonra qərara gəliblər ki, bu, sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmağa kömək edəcək. İsrail buna cavab olaraq bu ölkələrdən səfirlərini geri çağırıb. HƏMAS beynəlxalq səviyyədə tanınmasını alqışlasa da, israillilər buna baxmayaraq mübarizəni davam etdirəcəklərini vəd edirlər.

İsrailin Almaniyadakı səfiri Ron Prosor bildirib ki, yəhudilər və yəhudi dövləti Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq: 

"Bu ölkələr terrorçulara arxa durur. Növbəti qırğın zamanı onların əllərində günahsız insanların qanı olacaq. Biz bunu unutmayacağıq və bu dövlətləri bağışlamayacağıq".

Bundan başqa Portuqaliya da Fələstini tanımaq istəyir, amma bu məsələdə Avropa İttifaqı (Aİ) ölkələri arasında konsensus əldə edilməsini gözləmək niyyətindədir. Bu barədə "Lusa" Portuqaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda Portuqaliya tərəfi konsensusa nail olmaq, eləcə də qərarın qəbuluna daha çox ölkə cəlb etmək üçün müxtəlif dövlətlərlə məsləhətləşmələr aparır. Agentliyin həmsöhbəti vurğulayıb ki, Fələstin dövlətçiliyinin tanınması Portuqaliya üçün ciddi məsələdir.

Onu da qeyd edək ki, inidiyədək Fələstini yalnız 9 Avropa İttifaqı ölkəsi tanımışdı. Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Cənubi Kipr, Malta, Polşa və Çexiya keçən əsrin sonunda bunu ediblər, o zaman onlar regional birliyin bir hissəsi deyildilər. İsveç də 2014-cü ildə Fələstini tanıyıb.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay