Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları

Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçışsı, DTX tərəfindən rüşvət və korrupsiya əməllərinə görə həbs olunan Alimpaşa Məmmədovun çoxşaxəli biznes fəaliyyətinə həm də maral ferması daxil imiş. Bu haqda Real TV-nin reportajında deyilir.

Reportaja əsasən Alimpaşa özü maral həvəskarı olub və icra hakimiyyətinin başçısı təyin olunandan bir qədər sonra bu təsərrüfatı yaradıb. Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir. Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.

Qeyd edək ki, Alimpaşa Məmmədovun oğlunun adına rəsmiləşdirdiyi biznes obyektlərinə nəhəng balıqyetişdirmə təsərrüfatı, ticarət mərkəzi, restoranlar və s. daxildir.

Ekzotik bizneslə məşğul olan isə təkcə o deyildi. Ötən il həbs olunan Neftçala rayon başçısı İsmayıl Vəliyevin də çoxşaxəli biznes fəaliyyətində cins eşşək yetişdirilməsi də yer alırdı. Belə ki, keçmiş başçısının Neftçala “Xol yolu” deyilən ərazidə cins eşşək ferması da var idi, həmin fermada saxlanılan eşşəklərin südünün satışa çıxarıldığı bildirilirdi.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay