Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslamşünas qadından Xamneyiyə: Məcburi hicaba haqq qazandırmağın dini və siyasi mənası nədir?..

İranda yaşayan qadın ilahiyyatçı İranın dini lideri Əli Xameneyiyə sərt məktub ünvanlarıb…

İranda yaşayan islamşünas Siddiqa Vasmaqi hicab məcburiyyəti ilə bağlı İİR lideri Əli Xamneyiyə suallar verib və xəbərdarlıq edib ki, İranda hicabın bu cür tətbiqinin bütün nəticələrinə görə məsuliyyət İslam Respublikasının rəhbərinin üzərinə düşür.

Poliqon xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun fars xidmətinin məlumatında bildirlir.

Qadınlara zor tətbiq edərək şəriət qaydalaırna riayət etmələrinə zorlamaq İslam dünyasında tərk edilmiş bir əməl olduğunu vurğulayan islamşünas qadın əlavə edib ki, İran İslam Respublikası və Əfqanıstandakı Taliban hökuməti bu qeyri-adi təcrübədən istifadə edir.

“Hər iki rejim öz ölkələrində böyük və davamlı problemlərlə üzləşiblər ki, bu da həmin təcrübədən imtina etməyin daha yaxşı olduğunu göstərir”, deyə Siddiqa Vasmaqi qeyd edib.

Bazar ertəsi günü nəşr edilən məktubunda xanım Vasmaqi vurğulayır:

“Tarix boyu heç bir hökumət və ya mütəşəkkil qrup qadınların müstəqillik, bərabərlik və hökmranlığın rədd edilməsi uğrunda apardığı sakit, dinc və səbirli mübarizələrini öldürə bilməyib”.

Qeyd edək ki, İranın Ali dini lideri Əli Xameneyi son açıqlamaslnda hicabın məcburi olmasını “qanuni və şəriətə uyğun” adlandırıb və hicabın götürülməsini “haram” olduğunu bildirib.

Vasmaqi İran İslam Respublikası liderinin hicabla bağlı mövqelərinə toxunaraq vurğulayıb:

“Bu sahədə bir çox nəzəri və sosial ziddiyyətlərə baxmayaraq, Xamneyinin sözləri qadınlara qarşı yeni təzyiq və təhdidləri artırıb və o, bu suala cavab verməlidir: Məcburi hicaba haqq qazandırmağın dini və siyasi mənası nədir?”, deyə islamşünas sual edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar