Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğal altında olan Donbası azad etmək Kiyevin gücü daxilindədirmi?..

Hazırkı xaotik geosiyasi vəziyyətdə Ukrayna və Rusiya siyasi-hərbi rəhbərliklərinin birbaşa müharibəyə aparacaq addımların atmasına ehtimal vermək olar?..

Hərbi ekspert: “Yaxın beş ay ərzində Ukraynanın geniş miqyaslı döyüş əməliyyatları etməsi, yaxud da müharibəyə başlama ehtimalı çox da yüksək deyil”.

“Potensial güc olaraq Ukrayna Rusiyadan ən azı nüvə silahına görə bir qədər geri qalır”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiyanın qoşunlarını Ukrayna ilə sərhədə toplamasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Donbasda bir kəndi azad etdikdən sonra Rusiya qoşunlarını Ukrayna ilə sərhədə toplayır. Sosial şəbəkələrdə Rusiyanın cənub, eləcə də qərbinə texnika daşıyan rus hərbi eşelonları və karvanlarını əks etdirən videolar yayılıb. ABŞAvropa rəsmiləri də Ukrayna-Rusiya münaqişəsinin yenidən alovlanmasından narahatlıqlarını ifadə edirlər.

Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi barədə məlumatlar əvvəlcə bir sıra Telegram-kanallarda yer alıb. Daha sonra “The Washington Post” qəzeti amerikalı və avropalı rəsmilərə istinadən bu haqda yazıb, vəziyyətin həyacanverici olduğunu qeyd edib. Bir gün əvvəl isə ABŞ-ın “Politico” nəşri Ukrayna sərhədləri yaxınlığına cəmləşdirilmiş Rusiya hərbi texnikasının peykdən çəkilmiş görüntülərini yayıb. Kreml bunu “feyk” adlandırıb, eyni zamanda bildirib ki, Rusiyanın öz sərhədləri daxilində öz ordu bölmələrinin hər hansı yerdəyişməsini həyata keçirməsi onun suveren hüququdur.

Ukrayna Silahlı Qüvvələri də Rusiyanın mümkün irimiqyaslı hücum əməliyyatına qarşı hazırlıqlar görür. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko “Qlavred” portalı üçün yazdığı məqalədə bildirib ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığına qoşun cəmləşdirməsi təhlükəli vəziyyət yaradır və zərurət yaranarsa ölkədə hərbi vəziyyət elan edilməlidir.

Ukraynanın Donbassdakı birləşmiş qüvvələrinin komandanı, general Aleksandr Pavlyuk isə deyib ki, onun ölkəsi vəziyyəti kəskinləşməsinə və Rusiya ilə hərbi əməliyyatların yeni mərhələsinə hazırdır. Onun sözlərinə görə, Ukrayna ordu bölmələri həm müdafiə, həm əks-hücum əməliyyatlarına hazırlaşır.

Pavlyuk qeyd edib ki, separatçıların sıralarında yer alan rusiyalı hərbçilər həm öz mövqelərinə, həm Ukrayna ordusunun mövqelərinə atəş açırlar və cavab reaksiyası gözləyirlər. Bununla da vəziyyəti qızışdırmağa çalışırlar. Lakin Ukrayna ordusu bu təxribatlara getmir və atəşkəsə əməl edir.

Hazırkı xaotik geosiyasi vəziyyətdə Ukrayna və Rusiya siyasi-hərbi rəhbərliklərinin birbaşa müharibəyə aparacaq addımların atmasına ehtimal vermək olar və Ukraynanın Donbası rus işğalından azad etmək imkanlarını necə dəyərləndirmək olar? Ümumiyyətlə işğal altında olan Donbası azad etmək Kiyevin gücü daxilindədirmi?

Gözlənilən Ukrayna-Rusiya müharibəsini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Qalib gəlmək üçün Ukraynanın Rusiyanı Donbas məsələsində tamaməmən yalnız qoyması vacib şərtlərdəndi”.

Donbasdakı separatçıların əlində özlərinə aid heç bir silahın olmadığını vurğulayan hərbi ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, onlara verilən bütün silah sistemləri Rusiya istehsalıdır və həmin silahlar Rusiyadan Donbasa daşınır:

“Yaxın beş ay ərzində Ukraynanın geniş miqyaslı döyüş əməliyyatları etməsi, yaxud da müharibəyə başlama ehtimalı çox da yüksək deyil. Rusiya mətbuatı da nəinki yaxın, hətta orta perspektivdə Ukraynanın Şimali Atlantika Alyansına tamhüquqlu üzv qəbul edilmək şansının olmadığını fasiləsiz təkrarlayır. Təbii ki, Ukrayna işğalda olan ərazilərin azad edilməsi üçün ciddi tədbirlər görür. Artıq Ukrayna separatçı rejimlərə xəbərdarlıq məqsədli bir neçə əməliyyatlar keçirib. Hətta bir qəsəbənin separatçılardan azad olunması barədə məlumatlar mövcuddur.

Potensial güc olaraq Ukrayna Rusiyadan ən azı nüvə silahına görə bir qədər geri qalır. Amma nəzərə almaq lazımdır ki, Ukrayna məhz Rusiya ilə mübarizə aparacaq. Donbasdakı separatçıların əlində özlərinə aid heç bir silah yoxdur. Ordakı milislərin də böyük əksəriyyəti Rusiyadan gəlib və bu hərbiləşdirilmiş dəstələr Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunur. Separatçıların istifadə etdikləri bütün silah sistemləri Rusiya istehsalıdır və həmin silahlar Rusiyadan Donbasa daşınır.

Ədalət Verdiyev: “İnanıram ki, tez ya gec Ukrayna da, Gürcüstan da, Moldova da öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başlayacaq”.

Ukraynanın aparacağı müharibə haqq və ədalət müharibəsi olduğuna görə bu müharibədə haqqlı tərəfin qələbə qazanma ehtimalı daha böyükdür. Mən düşünmürəm ki, son nəticədə Rusiya Donbası Ukraynadan tamimlə qopara biləcək. Təbii ki, gec-tez Donbas uğrunda müharibə olacaq və bu müharibə Şərqi Avropada tamamilə yeni geosiyasi şərtlər formalaşdıracaq. Qalib gəlmək üçün Ukrayna ilk növbədə yaxın qonşularını və Avropa ölkələrini öz ətrafında birləşdirməyə nail olmalıdır. Hər şeydən əvvəl Polşa və Macarıstanla olan fikir ayrılıqıarını ortadan qaldırmalı, xüsusilə Polşa ilə strteji müttəfiqə çevrilməlidir. Həmçinin Avropa Birliyi dövlətlərindən də birmənalı siyasi, maddi və mənəvi dəstək almalıdır. Qalib gəlmək üçün Ukraynanın Rusiyanı Donbas məsələsində tamaməmən yalnız qoyması vacib şərtlərdəndir. Misal olaraq deyə bilərəm ki, NATO son illərdə Ukrayna ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Prezident Vladimir Zelenski NATO tədbirlərində səmimi qarşılanır, onun təhlükəsizlik və müdafiə sahəsində islahatları davam etdirmək əzmi dəstəklənir.

Onu da qeyd edim ki, Ukrayna ilə əməkdaşlıq NATO-nun raket və reaktiv mühərrik texnologiyalarında sanballı bir müttəfiq əldə etməsi ilə nəticələnəcək. Ağır nəqliyyat təyyarələrinin istehsalında Ukrayna dünyada aparıcı yerlərdən birini tutur. Kiyevin uzaq mənzilli reaktiv artilleriya vasitələri kifayət qədər keyfiyyətlidir.

İnanıram ki, tez ya gec Ukrayna da, Gürcüstan da, Moldova da öz ərazi bütövlüyünü təmin etmək üçün əməliyyatlara başlayacaq. Onlar üçün Azərbaycanın Qarabağda apardığı mübarizə müsbət, pozitiv nümunə yaradıb. Onlar da separatçıların cəzalanması üçün yaxın zamanlarda analoji əməliyyatlar və ya digər tədbirlər həyata keçirə bilərlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay