Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğal altında olan 4 kəndin taleyi necə olacaq?

Qazaxın digər 4 kəndinin geri qaytarılıb-qaytarılmayacağı sülh prosesində müzakirə olunurmu?..

Politoloq: “Qazaxın növbəti dörd kəndinin Azərbaycana qaytarılması zaman-zaman dilə gətirilir. Amma Ermənistanda daxili vəziyyət gərginləşdiyinə görə bu məsələdə bir az geri çəkilmə baş verir”.

“Hər bir halda, dörd kəndin Azərbaycana qaytarılması məsələsi qaçınılmazdır. Bunun üçün sadəcə olaraq lazım olan mexanizmlərin qurulması əsas şərt hesab edilir”.

Bu sözləri politoloq Samir Hümbətov işğaldan olan 4 kəndin taleyini Poliqon-a şərh edərkən qeyd edib

Qazaxın 4 kəndinin işğaldan azad edilməsinin ardınca, digər 4 kəndin də geri qaytarılıb-qaytarılmayacağı müzakirə mövzusu idi. Lakin son vaxtlar bu istiqamətdə heç bir məlumat verilmir.

Bəs, işğal altında olan 4 kəndin taleyi necə olacaq?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “İndiki vəziyyətdə Ermənistanın mövcud hökümətinə daxili auditoriyanı sakitləşdirmək və həmin kəndlərin Azərbaycana verilməsi məsələsini daxili auditoriyalarında formalaşdırmaq üçün zaman lazımdır”.

Dörd kəndin Azərbaycana qaytarılması məsələsinin qaçınılmaz olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bunun üçün müəyyən zaman ehtiyac var:

Qazaxın növbəti dörd kəndinin Azərbaycana qaytarılması zaman-zaman dilə gətirilir. Amma Ermənistanda daxili vəziyyət gərginləşdiyinə görə bu məsələdə bir az geri çəkilmə baş verir. Azərbaycana qaytarılmalı olan dörd kənd strateji kəndlərdir. Buna görə düşünürəm ki, kəndlərin qaytarılması bir az zaman ala bilər.

Dörd kəndin taleyi ilə bağlı Azərbaycan dövləti artıq bəyanat verib. Həmin kəndlərin Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Amma indiki vəziyyətdə Ermənistanın mövcud hökümətinə daxili auditoriyanı sakitləşdirmək və həmin kəndlərin Azərbaycana verilməsi məsələsini daxili auditoriyalarında formalaşdırmaq üçün zaman lazımdır.

Hər bir halda, dörd kəndin Azərbaycana qaytarılması məsələsi qaçınılmazdır. Bunun üçün sadəcə olaraq lazım olan mexanizmlərin qurulması əsas şərt hesab edilir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar