Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvana qəti sual verildi: Qarabağda müharibə başlasın?

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib:

“Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub”.

Nazir qeyd edib ki, Ermənistan rəhbərliyinin əsassız bəyanatları ilə də bağlı müzakirə aparıb:

Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?”

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bildirib ki, münaqişənin həlli üçün var gücü ilə çalışacaq:

“Səfərim ATƏT sədrliyinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar və Minsk qrupuna dəstək olması mesajını verir. Münaqişənin həlli çərçivəsində görüşlər davam etdirilir. Bu, sərhəd bölgəsində atəşkəsin daha az pozulması ilə nəticələnib.

Bundan başqa, biz Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf üçün də müzakirələr apardıq. Biz Bakıda səfirlik açacağıq və bu da ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay