Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan İlham Əliyevin təklifini qəbul etmədi... - Laçın yolunda nəzarət buraxılış məntəqəsi olmayacaq?

İrəvanın bu təkliflə razılaşmaması onu deməyə əsas verirmi ki, Laçın yolunda nəzarət buraxılış məntəqəsi olmayacaq?..

Siyasi-şərhçi: “Laçın yolunda nəzarət buraxılış məntəqəsi olacaq. Sadəcə ola bilsin ki, indiki ekofəalların aksiyası sonunda bu baş tutmasın”.

“Burada beynəlxalq güclərin maraqlarının Ermənistan üzərində toqquşmasıdır. Bunun üçün daha çox ermənipərəst mövqe sərgilənir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistanın Laçın yolu bağlı Azərbaycanın verdiyi təkliflə razılaşmamasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Prezidenti İlham Əliyev Münhendə jurnalistlərə verdiyi müsahibədə Laçın yolu ilə bağlı Ermənistana ünvanlanan təklifi açıqlayıb. Ermənistan tərəfindən gələn açıqlamalarda isə rəsmi İrəvanın təkliflə razılaşmadığı aydın görünüb.

İrəvanın bu təkliflə razılaşmaması onu deməyə əsas verirmi ki, Laçın yolunda nəzarət buraxılış məntəqəsi olmayacaq? Bu məsələdə Ermənistanın mövqeyinin hansı əhəmiyyəti var?

Ermənistanın Laçın dəhlizi qorxusunu Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıdakı çıxışında bildirdi ki, Laçın yolunda hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Amma bu o demək deyil ki, bu məsələ birdəfəlik qapanır”.

Yaranan duruma görə ermənilərin “at oynatmaq” niyyətlərindən əl çəkmədiklərini vurğulayan siyasi-şərhçi bildirdi ki, bu çox davam etməyəcək:

Azərbaycan Vətən müharibəsindəki qələbəsindən sonra məğlub tərəfə irəli sürdüyü təkliflər ortadadır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdakı müddəalar hər kəsə məlumdur. Sadəcə təəssüflər olsun ki, müharibədəki qələbəmizin üzərindən 2 il 4 aya yaxın keçən müddətdə savaş meydanındakı qələbəmizi diplomatik masaya tam yansıda bilməmişik. Burada isə əsas yeganə səbəb Ermənistan-Azərbaycan arasındakı bu danışıqlarda üçüncü tərəflərin erməniləri müdafiə etmələri, ermənipərəst mövqedən çıxış etmələridir.

ABŞ, əsas da Fransa başda olmaqla Avropanın qabaqcıl ölkələri bu münaqişənin birdəfəlik həllini istəyirlərmi? Xeyr. Bəs Rusiya? O da xeyr. Onun üçün də ermənilər maksimum dərəcədə müddəti uzatmağa çalışırlar. Buna da bəzi hallarda nail ola bilirlər. Amma bu müddət o qədər də çox davam edə bilməz. Biz 3 min qəhrəman oğullarımızı vətən yolunda şəhid vermədik ki, ermənilər təxribatlarını davam etdirsinlər, həlli vacib olan məsələlərin ömrünü uzatmağa cəhd etsinlər. Ermənistanın təkliflərlə razılaşmamaq kimi bir şansları yoxdur.

Sadəcə dediyim kimi, burada beynəlxalq güclərin maraqlarının Ermənistan üzərində toqquşmasıdır. Bunun üçün daha çox ermənipərəst mövqe sərgilənir. ABŞ, Fransa kimi güclər Cənubi Qafqaza Ermənistan üzərindən soxulmağa çalışır. Rusiya isə ən çox Qafqazı Ermənistan üzərindən Qərbə qapdırmaq istəmir. Bölgə dövlətlərindən özlərini müsəlman ölkəsi sayan İranın mövqeyi məlumdur. Bizim yanımızda dayanan yeganə söz sahibi olan ölkə Türkiyədir ki, adlarını çəkdiyim heç bir dövlət onu qəbul etmir, əllərinə şans düşərsə, bir günə sıradan çıxararlar. Baxın, yaranan bu cür duruma görə ermənilər “at oynatmaq” niyyətlərindən əl çəkmirlər. Amma bu çox davam etməyəcək.

Cavanşir Abbaslı: “10 noyabr üçtərəfli bəyanatına imza atan Rusiya tarixi ölüm-dirim savaşı aparır və bunun da danışıqların ləng getməsində, erməni baş nazir Nikol Paşinyanın çabalar göstərməsində təsiri kifayət qədər böyükdür”.

Laçın yolunda nəzarət buraxılış məntəqəsi olacaq. Sadəcə ola bilsin ki, indiki ekofəalların aksiyası sonunda bu baş tutmasın. Zatən Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıdakı çıxışında bildirdi ki, Laçın yolunda hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Amma bu o demək deyil ki, bu məsələ birdəfəlik qapanır.

Başqa yollarla bu istəyə çatmaq mümkündür və Azərbaycan tərəfi o yolların hər birinə əl atacaq. Sonunda istəyinə çatan tərəf biz olacağıq. Bu məsələdə sizləri əmin edirəm ki, Ermənistanın mövqeyinin heç bir əhəmiyyəti yoxdur. Maşa rolunda çıxış edən bir ölkə hansısa bir məsələdə sona qədər dirəniş göstərə bilməz. Sadəcə hazırda diqqətlər daha çox Rusiya-Ukrayna savaşına yönəlib. 10 noyabr üçtərəfli bəyanatına imza atan Rusiya tarixi ölüm-dirim savaşı aparır və bunun da danışıqların ləng getməsində, erməni baş nazir Nikol Paşinyanın çabalar göstərməsində təsiri kifayət qədər böyükdür. Lakin heç bir savaş daimi deyil. Bu savaş da bitəcək. Gözləyək görək ondan sonra ermənilər nə edəcəklər?”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar