Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran XİN başçısı 7 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 17-də 7 illik fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib...

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, H.Əmir Abdullahian İranın geniştərkibli nümayəndə heyətinə başçılıq edir. Onun səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan əl Səud və krallığın bəzi başqa nüfuzlu nümayəndələri ilə görüşü planlaşdırılır. Görüşlərdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İranSəudiyyə Ərəbistanı arasında münasibətlər 2016-cı ildə monarxiyanı tənqid edən nüfuzlu ilahiyyatçı Nimr əl-Nimrin Ər-Riyadda edamından sonra kəskin şəkildə pisləşib.

Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum edib, buna cavab olaraq Ər-Riyad İranla diplomatik əlaqələri kəsib.

2023-cü ilin martında İranSəudiyyə Ərəbistanı Çinin vasitəçiliyilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Bundan başqa, krallığın Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu da fəaliyyətini bərpa edib.

İranın Ər-Riyaddakı səfiri Əlirza Enayəti Abdullahianın səfəri zamanı rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Ən çox oxunanalar