Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran sərnişin təyyarəsini raketlə vurduğunu etiraf etdi

Layner İnqilab Keşikçiləri Korpusunun mühüm hərbi obyektlərindən birinə tərəf dönəndə.

İran hakimiyyəti yanvarın 8-də səhərə yaxın Tehran aeroportundan kiyevə reys həyata keçirmək üçün havaya qalxan, Ukrayna Beynəlxalq Hava Yolları şirkətinə məxsus olan “Boeing-737-800” sərnişin təyyarəsinin “səhvən” raketlə vurulduğunu təsdiq edib.

İran hakimiyyəti adından bəyanat ölkənin dövlət televiziyasında yayılıb. İran silahlı qüvvələrinin Baş qərargahının bəyanatında deyilir ki, aparılan daxili təhqiqat təyyarənin “insan səhvi nəticəsində” vurulduğunu təsdiqləyib

Xatırladaq ki, İran hakimiyyəti bu günə qədər təyyarənin hava hücumunan müdafiə sistemi tərəfindən vurulduğunu inkar edirdi, təyyarənin “texniki səbəbdən” qəzaya uğradığını bildirirdi. Təyyarənin qəzaya uğraması İranın İraqda Amerika aviabazalarına general Süleymaninin öldürülməsinə qisas olaraq endirdiyi raket zərbələri ilə eyni vaxta təsadüf edib. Tezliklə belə məlumat yayılıb ki, təyyarə Rusiya istehsalı olan və İran ordusunun silahlanmasında yer alan “Tor-M2” zenit-raket kompleksi ilə vurulub. Ötən gün bir sıra Qərb liderləri də təyyarənin raketlə vurulduğuna dair kəşfiyyat məlumatları, sübutlar əldə edildiyini açıqlayıblar.

Nəhayət İran hakimiyyəti günahını etiraf etməli olub. İran Baş qərargahının bəyanatında deyilirdi ki, təyyarə havaya qalxandan sonra mühüm hərbi obyektin yaxınlığından uçurdu. Və həmin gün İraqdakı ABŞ aviabazalarına raket zərbələrinin endirilməsi ilə bağlı Birləşmiş Ştatların mümkün cavab zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə qüvvələrinə 1 nömrəli döyüş hazırlığı vəziyyəti əmri verilmişdi.

Bəyanata əsasən layner İnqilab Keşikçiləri Korpusunun mühüm hərbi obyektlərindən birinə tərəf dönəndə hava hücumundan müdafiə kompleksinin operatoru onu səhvən “düşmən hədəfi” kimi qəbul edib və raket zərbəsi endirib. “Hərbçilər ABŞ-la kəskinləşən münasibətlər fonunda ən yüksək döyüş hazırlığı vəziyyətində idi. Bu da insan səhvinə gətirib çıxardı”,-bəyanatda deyilir. Və təyyarənin vurulmasına görə İran dövləti adından üzr istənilir.

Öz növbəsində İranın xarici işlər naziri Cavad Zərif Tvitter-də yazıb ki, təyyarənin vurulmasına “ABŞ-ın avantürizmi nəticəsində yaranmış böhran zamanı meydana çıxan insan səhvi” səbəb olub. O da hadisədə ölənlərin ailələrinə başsağlığı verib və İran dövləti adından üzr istəyib.

Xəbər verildiyi kimi təyyarənin göyərtəsində 176 nəfər olub. Onlardan 41-i İran, 63-ü Kanada vətəndaşları olub. Qalanları isə Böyük Britaniya, Ukrayna, Əfqanıstan , Almaniya və İsveç vətəndaşları idi. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay