Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran əhalisinə Hindistandan gətirilən ölü inəklərin ətini yedirmək məcburiyyətində qalıb?

Hindistandan Qazaxıstan və Azərbaycan vasitəsilə İrana ixrac edilən haram ət biznesində azərbaycanlı iş adamları aktiv rol oynayır

ABŞ-ın sanksiyaları ilə əlaqədar olaraq İran İslam Respublikasının girdiyi böhran gündən-günə ağırlaşmaqdadır. Rəsmilər böhranın kritik həddə çatdığını etriaf etməsələr də iqtisadi geriləmə insanların həyatında ciddi hiss edilməkdədir. Bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, böhran o dərəcəyə çatıb ki, İran islam hakimiyyəti ölkəyə haram ət idxalına belə göz yummaq məcburiyyətində qalıb.

Qeyd edək ki, qısa müddət öncə İran Heyvandarlığa Dəstək Şirkətinin direktoru Əlireza Vali ölkəyə kifayət qədər ət idxal olunduğunu və idxal edilən məhsullarının dövlət tərəfindən qoyulmuş standartlara uyğunluğu iddiasında bulunsa da, elə İranın öz ekspertləri qırmızı ətin getdikcə bahalaşdığını və keyifəyətinin aşağı olduğunu bildirirlər.

Statistik məlumatlara görə, təkcə Məhərrəm ayında İrana xaricdən 1500 ton dondurulmuş ət idxal edilib. İİR rəsmi statistikasına görə, idxal edilən donduurlmuş ət Braziliyadan gətirilir. Braziliyadan dondururulmuş ətin ixrac olunması çox bahalıya başa gəldiyinə görə İranlı işbazlar başqa yola əl atıblar. Bəzi azərbaycanlı iş adamları ilə əlbir olan iranlı iş adamları daha çox gəlir əldə etmək məqsədi ilə İran əhalisinə üzərində Braziliya etiketi olan, əslində isə Hindistandan gətirilən ölü heyvan ətlərini satırlar.

Bu barədə ət ticarəti ilə məşğul olan tacirlər rəsmilərin yalan danışdığını vurğulayaraq redaksiyamıza ilginc məlumatlar veriblər.

Ət tacirlərinin iddiasına görə, hazırda Qazaxıstan istehsalı adı ilə İrana daxil olan dondurulmuş ətin payı artıb. Əslində isə İrana gətirilən həmin donmuş ət Qazaxıstandan deyil, Hindistandan gətirilir. Sadəcə, Hidnistanda heyvanlar şəriət qaydalarına uyğun kəsilmədiyindən, yəni haram olduğundan İran rəsmiləri bazarı ucuz ətlə təmin etməkdən ötrü bu fakta göz yumurlar.

Qeyd edək ki, Hindistanda iri buynuzlu heyvanların, dana, inək, camış ətinin yeyilməsi günah sayıldığından bu ölkədə ölmüş heyvanların ətini donduraraq xaricə satırlar. İranda da Hindistandan gətirilən ət haram sayıldığından həmin ətin ölkəyə idxalı qəti qadağandır. Lakin Azərbaycanİran işbazları bu qadağadan qaçmanın da yolunu tapıblar. PİA.az-a daxil olan məlumatda bildirilir ki, azərbaycanlı və iranlı iş adamları əti ucuz qiymətə Hindistandan alaraq Qazaxıstana gətirir, sonra Qazaxıstanda qurduqları şirkətdən həmin əti alaraq İrana idxal edirlər. Həmin haram ət Azərbaycandan keçərək İrana göndərilir.

Bir daha qeyd edək ki, bu ticarətdə əsasən, İranAzərbaycan işbazları rol oynayır. Mənbəmizin iddiasına görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi də bu əməliyyatlardan xəbərdardır. Lakin böhran islam İranının rəhbərlərini əhalisinə haram ət yedizdirmək məcburiyyətində qoyub və buna görə də nə səfirlik, nə də İİR Kənd Təsərrüfatının İnkişafı və Sənayesi qurumu bu faktla bağlı səsini çıxarmır.

Məsələnin daha bir ilginc tərəfi Azərbaycan gömrük məmurlarının da Hindistan-Qazaxıstan –Azərbaycanİran marşrutu ilə daşınan haram ət biznesində iştirak etməsidir. Bu ətlərdən Azərbaycan daxilində istifadə olunub-olunmamasını isə araşdırırıq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay