Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə: “Hüseynqulu Bağırovun bu addımından təəssüf duyuram”

Xəbər verdiyimiz kimi, Keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi universitetinin rəhbəri Hüseynqulu Bağırov Anaxeber.info saytının baş redaktoru Azər Talıbovu xüsusi ittiham qaydasında məhkəməyə verib

 

Bu barədə jurnalistə Bərdə Rayon Məhkəməsindən bildiriş gəlib və sabiq nazir saytın rəhbərini həbs etdirmək istəyir. H.Bağırov “Mircəfər Bağırov yolu: Hüseynqulu Bağırovun mediaya repressiyasından prezidentə – MÜRACİƏT” başlıqlı müraciət xarakterli tənqidi məqaləyə görə A.Talıbova qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Sabiq nazirin rəhbəri olduğu universitet uzun müddətdir ki, jurnalistlə məhkəmə çəkişməsindədir.

Bütün dünyada söz və mətbuat azadlığının önəmi ilə bağlı müzakirələrin aktuallaşdığı, ölkələrin demokratiya göstəricisi sırasında bu amilin önəminin sürətlə artdığı bir zamanda jurnalistlərə, media orqanlarına qarşı məhkəmə iddialarının irəlisürülməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna nə vəd edir?

Cumhuriyyet.net-ə açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə jurnalist və mətbuat orqanlarının məhkəmə prosesinə cəlbedilməsinin əleyhinə olduğunu, bunun ölkəmizin imici üçün yaxşı heç nə vəd etmədiyini vurğuladı: “Beynəlxalq aləmdə istər insan haqlarının qorunması, istər söz və mətbuat azadlığı, istər korrupsiyaya qarşı mübarizədə ölkəmizin indeksləri olduqca aşağıdır.

Bütün bunlara rəğmən hansısa mətbu orqana qarşı məhkəmə iddiası sürmək, hansısa jurnalistin həbsini istəmək, mətbuat orqanının qapadılmasını tələb etmək Azərbaycanı sevməyin göstəricisi ola bilməz.

Mən bir dəfə çıxışımda da qeyd etmişdim ki, hətta fərdlə hansısa mətbuat orqanı arasında problem olanda belə, Azərbaycanı sevən adamlar dözüm sərgiləməlidir. Onlar dözümlü olmalı, bu məsələlərə tolerant yanaşmalıdırlar ki, zaman-zaman Azərbaycan demokratikləşməyə doğru getsin. Həm də beynəlxalq aləmdə Azərbaycana təzyqilər olmasın. Təəssüflər olsun ki, bəzi adamlar bu fəlsəfənin fərqində olmadan, qanunamüvafiq və ya qanunazidd olaraq mətbuatın üzərinə gedirlər.

Təəssüflər olsun ki, Azərbaycanın Milli Məclisi uzun illər Avropa Şutrasi və Venesiya Komissiyasının vədlərinə və tövsiyyələrinə baxmayaraq, diffamasiya haqqına qanunu qəbul etmədi. Diffamasiya haqqında qanunun qəbul edilməməsi mətbuat üçün əlavə basqılar üçün zəmin yaratdı.

Jurnalisti məhkəməyə verən şəxslər Azərbaycanın beynəlxalq aləmdəki imicini düşünməlidir. H.Bağırovun belə bir addım atmasına təəssüf edirəm. Çünki hər həbs, hər məhkəmə prosesi Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurur, onun göstəricilərini, əmsallarını aşağı salır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar