Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İordaniya kralı Baydenlə görüşməkdən imtina edərək onu aşağılayıb

ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfəri İordaniya kralı II Abdullah və Fələstin lideri Mahmud Abbasın onunla görüşməkdən imtina etməsi nəticəsində uğursuzluqla nəticələnib...

Poliqon xəbər verir ki, bu barədə beynəlxalq jurnalist və siyasi şərhçi Anna van Denski özünün YouTube kanalında bildirib.

Van Denski Baydenin Yaxın Şərqə səfərini uğursuz və alçaldıcı adlandırıb. Jurnalist hesab edir ki, danışıqlardan imtina Co Baydenin ictimai “sifətinə vurulan sillə” sayıla bilər.

Denski ABŞ administrasiyasının niyə belə bir səfər təşkil etməsindən təəccübünü ifadə edib.

“Bu səfərin niyə ictimaiyyəti alçaltmaq üçün təşkil edildiyi tam aydın deyil, çünki Səudiyyə şahzadəsini Məhəmməd bin Salman tərəfindən qəbul eedilmək üçün səkkiz saat gözləyən ABŞ Dövlət Katibi] Entoni Blinkenin səfəri zamanı artıq bəlli idi ki, bu səfə ruğursuz olacaq”, deyə Denski proqramını yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Bayden oktyabrın 18-də İsrailə səfərindən sonra həmin gün İordaniyaya səfər edəcək və orada dövlət rəhbəri kral Abdullahla, həmçinin Misir prezidenti və Fələstin Muxtariyyətinin lideri ilə görüşəcək.

Lakin İordaniya Kralı II Abdullah ilə məsləhətləşmələrdən sonra və Fələstin prezidenti Mahmud Abbasın elan etdiyi matəmə görə Bayden İordaniyaya səfərini və planlaşdırdığı görüşləri təxirə salmaq qərarına gəlib.

Ağ Ev bildirib ki, Amerika prezidenti bu ölkələrin liderləri ilə müntəzəm və birbaşa əlaqə saxlayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay