Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnter-in futbolçusu: “Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır”

"Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"...

"Report"un məlumatına görə, bunu İtaliyanın "İnter" klubunun futbolçusu Federiko Dimarko "Torino" ilə bu gün keçiriləcək İtaliya A Seriyasının VI turunun matçı üçün hazırlanmış oyun proqramı üçün deyib.

24 yaşlı sol cinah müdafiəçisi "İnter"in əsas heyətinə düşməsinə görə, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qolsuz heç-heçə başa çatan oyuna minnətdar olduğunu bildirib: "Milan mənim sevimli yerimdir, evimdir. "İnter"ə qoşulmazdan əvvəl Kalvayratenin (Milanın rayonu – S.M.) məhəllə komandasında futbol oynamağa başlamışam. Birinci komandaya yaxınlaşmağa başlayanda bir az daha özünə inanmağa başlayırsan. Xəyallarını gerçəkləşdirmək üçün çalışmaq lazımdır. Mənim üçün digər vacib şəhər "İnter"də debüt etdiyim Bakıdır".

Uşaqlıq kumirinin "Fenomeno" ləqəbli braziliyalı Ronaldo olduğunu bildirən futbolçu sabiq komanda yoldaşlarının adlarını da çəkib: "Otaq yoldaşı üçün Maykon yaxşı insandır. Samuel də xoşuma gəlirdi. Məşqdə qarşılaşmaq üçün Sneyderin adını çəkərdim. Seçdiyim ən yaxşı qol isə "İnter" forması ilə "Sampdoriya"ya qarşı cərimə zərbəsindən vurduğum ilk qoldur. İlk məhsuldar ötürməm isə Şkrinyarın "Bolonya"ya vurduğu qol zamanı olub".

Qeyd edək ki, 11 dekabr 2014-cü ildə keçirilmiş Avropa Liqasının qrup mərhələsinin son tur matçında Federiko Dimarko Danilo DAmbrozionu 84-cü dəqiqədə əvəzləyərək meydana daxil olub. Həmin vaxt onun 17 yaşı olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay