Bazar, 28 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Maskın şirkəti insanların beyninə çip taxacaq - ABŞ icazə verdi...

İlon Maska məxsus neyrotexnika şirkəti "Neuralink" kompüter və telefondan əlsiz istifadə məqsədi ilə insan beyninə çip implantasiya etmək üçün klinik sınaqlar keçirməyə icazə aldığını açıqlayıb...

Poliqon xəbər verir ki, şirkət yayımlanan bir tvitində “ABŞ Qida və Dərman Administrasiyasından insan üzərində ilk klinik sınağımıza başlamaq üçün icazə aldığımızı elan etməkdən məmnunuq”, deyib.

Klinik sınaq üçün qeydiyyat hələ açıq deyil.

“Neuralink” startapı 2016-cı ilin iyulunda İlon Mask tərəfindən neyron interfeyslərin inkişafı və tam avtomatik rejimdə beyinə demək olar ki, qeyri-məhdud sayda elektrodların implantasiyasına imkan verən robotların yaradılması üzrə aparıcı mütəxəssislərin səylərini birləşdirmək üçün yaradılıb. Sahibkarın fikrincə, uzunmüddətli perspektivdə bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

2021-ci ilin fevral ayında “Neuralink” meymunlardakı çiplə bağlı araşdırma aparıb. Şirkətin məlumatına görə, çipə qoşulma iPhone vasitəsilə həyata keçirilir. Mütəxəssislər sinir fəaliyyətinin müəyyən hərəkətlərlə əlaqəsini öyrənib və deşifrə ediblər ki, bu da onlara rəyi təkrarlamağa imkan verib. Belə ki, onlar meymuna coystikin köməyi olmadan kursoru ekranda hərəkət etdirməyi öyrədiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - Foto

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin detalları - Foto

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlandı 

Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - Video 

Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb edilib

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə cavab - Yenilənib

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - Video

Ən çox oxunanalar