Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkinin məhkəməsində qohumlar arasında dava düşdü - Video

Proses hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib...

Xəbər verdiyimiz kimi, dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib və müttəhimin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Poliqon.info metbuat.az-a istinadən xəbər verir ki, proses hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib. Prokurorun çıxışından sonra növbə İ.Süleymanovun vəkillərinə çatıb. Onlar müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Növbəti proses mayın 10-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Məhkəmədən sonra təqsirləndirilən İlkin Süleymanovun qohumları ilə qarşı tərəf arasında dava düşüb.

Həmin videonu təqdim edirik:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay