Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin narazılığı və AŞPA-nın ikiüzlü siyasəti

Avropa Şurasında separatçı qurumu dəstəkləyənlərin beynəlxalq hüqüq qarşısında məntiqlərini anlamaq mümkündürmü?..

Politoloq: “Doğrudan da insana təəcüblü gəlir ki, nəyə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyan təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran separatçı hərəkətləri və bu hərəkətləri legitimləşdirməyə çalışan seçki oyunlarını tənqid etmir”.

Prezidentin xəbərdarlığı onların hərəkətə gəlməsinə və nəhayət bununla bağlı mövqelərinin bildirilməsinə gətirib çıxara bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli Prezidentin AŞPA-nı sərt tənqid etməsini və AŞPA-nın bu vaxta qədər Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə münasibət bildirməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Avropa Şurasının Parlament Assambleyasınl sərt şəkildə tənqid edib. Prezident deyib ki, Ermənistan-Azərbayca­n Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın məqsədyönlü fəaliyyəti, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi:

“Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir”.

Həmçinin Prezident bildirib ki, Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir:

“İstəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”.

Son illər ümumiyyətlə AŞPA ilə Azərbaycan arasında gərginlik hiss olunur. AŞPA rəhbərlərinin Qarabağın seperatçı rejimin keçirdiyimqanunsuz seçkilərlə bağlı bəyanatla çıxış etməmələrinin səbəbi nə ola bilər? Ümumiyyətlə Avropa Şurasında separatçı qurumu dəstəkləyənlərin beynəlxalq hüqüq qarşısında məntiqlərini anlamaq mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Bu seçki oyunlarının İrəvanda hazırlanmış ssenari əsasında həyata keçirildiyi heç kəsə sirr deyil”.

Avropa Şurasının da bu məsələ ilə bağlı mövqeyini açıqlamadığını vurğulayan politoloq düşünür ki, onlar qondarma prezident seçkilərinin ikinci turunun nəticələrini gözləyərək bəyanat vermirlər:

“Əvvəla onu deyim ki, AŞPA-nın sədri Dağlıq Qarabağ keçirilən seçkilərə münasibət bildirdi. Amma həqiqətən də AŞPA bu seçkilərə yazılı bəyanat verməyib. Hələ ki, Avropa Şurası da bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb. Ola bilsin ki, onlar qondarma prezident seçkilərinin ikinci turunun nəticələrini gözləyərək hələ ki, bəyanat vermirlər.

Məlumdur ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyü tanıyan təşkilatdır. AŞPA isə bütövlükdə sülh yaratmaq üçün BMT tərəfindən mandat verilmiş qurumdur. AŞPA-da Azərbaycanın ərazi bütövlüyü tanıyan təşkilatdır. Doğrudan da indi insana təəcüblü gəlir ki, nəyə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyan təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran separatçı hərəkətləri və bu hərəkətləri legitimləşdirməyə çalışan seçki oyunlarını tənqid etmir.

Qabil Hüseynli: “Təcavüz siyasət nəticəsində daha da şirnikləndirən separatizmi erməni təcavüzünün nəticələri kimi tənqid etmək əvəzinə susulması əlbəttə ki, çox ciddi təəccüb doğurur”.

Həm də bu seçki oyunlarının İrəvanda hazırlanmış ssenari əsasında həyata keçirildiyi heç kəsə sirr deyil. Avropa təşkilatları bundan xəbərdardılar. Təcavüz siyasət nəticəsində daha da şirnikləndirən separatizmi erməni təcavüzünün nəticələri kimi tənqid etmək əvəzinə susulması əlbəttə ki, çox ciddi təəccüb doğurur.

Eyni zamanda prezidentin bu məsələni vurğulamasının əhəmiyyətini qeyd etmək istəyirəm. Çünki bu həm də həmin təşkilatlara ciddi xəbərdarlıqdır. Güman edirəm ki, bu xəbərdarlıq onların hərəkətə gəlməsinə və nəhayət bununla bağlı mövqelərinin bildirilməsinə gətirib çıxara bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay