Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı istifdəyə verilən yeni həkim məntəqəsində olub

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə həkim məntəqəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.

PİA.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı kəndində tikilərək istifdəyə verilən yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub.

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə məntəqə haqqında məlumat verərək bildirib ki, Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsi olaraq tikilən həkim məntəqəsinin ümumi sahəsi 120 kv.m-dir.

Baş həkim, ailə həkimi ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb, avadanlıqlarla təmin olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay