Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda “İncili”nı yandırdılar, katoliklər incik düşdü…

Hindistan katolikləri “İncil”in yandırılması ilə bağlı sərt tədbir görülməsini tələb edirlər…

Hindistanın cənubundakı Kerala əyalətinin katolik yepiskopları“İncil”in yandırılması videosunu sosial şəbəkələrdə yerləşdirən müsəlmanın cəzalandırılmasını və “İncil”in yandırılmasından təəssüfləndiklərini bildiriblər.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə fevralın 1-də Hindistanın UCA News nəşri məlumat yayıb.

Görüntülər yayıldıqdan sonra əyalət polisinin artıq şübhəliləri həbs etdiyi bildirilib.

Kerala Katolik Yepiskoplar Şurasının sözçüsü Ata Jacob G. Palakkappilli, “Bu, məzhəblərarası qarşıdurmanı qızışdırmaq üçün qəsdən bir cəhddir və günahkar cəzalandırılmalıdır”, deyib.

Palakkapıllı polisin çevik reaksiyasını təqdir edib, lakin bu şəxsin asayişi pozmağa cəhd etdiyinə görə mühakimə olunmasını istəyib.

Keçən Milad bayramında eyni adamın dövlət xəstəxanasında körpə İsanın heykəlini beşikdən atdığını qeyd edən keşiş, “bu, çox iyrənc bir hərəkətdir” deyə əlavə edib.

Qey edək ki, sosial şəbəkələrdə Qasarqod sakini Məhəmməd Mustafa kimi tanınan şəxsin Malayalam “İncil”inin nüsxəsini yandırdığı barədə video yayılıb.

Videoda Məhəmməd Mustafa bu hərəkətinin yanvar ayında İsveçdə radikal sağçı siyasətçi Rasmus Paludan tərəfindən Türkiyənin Stokholmdakı səfirliyi qarşısında yandırılan Quranın nüsxəsinin qisasını aldığını deyir.

Dünyanın bir çox yerində qəzəbli müsəlmanlar bu hərəkətə qarşı etiraz aksiyaları keçirsələr də, Hindistanda belə bir reaksiyadan çəkiniblər.

Təqsirləndirilən Mustafanın əqli cəhətdən qeyri-sabit olduğu güman edilir, lakin indi bir çoxları onun cəzadan yayınmaq üçün simptomları saxtalaşdıra biləcəyinə inanırlar.

Kerala Yepiskoplarının Sosial Harmoniya və Sayıqlıq Komissiyası da İncilin yandırılmasını pisləyib və hökuməti təqsirləndirilən şəxslərə qarşı sərt tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, xristianlar Kerala ştatında üçüncü ən böyük dindir, onlar ştatların 33 milyon əhalisinin 18,38%-ni təşkil edir. Hindular 54,56%, müsəlmanlar isə 26,56% təşkil edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar