Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

“Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?”...

Poliqon AzFakt.com-a istinadən xəbər verir ki, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əlibala Məhərrəmzadənin bu sözləri birmənalı qarşılanmayıb.

Belə ki, ətrafına topladığı insanlarla danışarkən “Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birində gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?” deyib.

Onun bu sözləri inanclı insanların yaşadığı Qubanın dindar əhalisinin qəzəbinə səbəb olub.

Xatırladaq ki, Quba rayonu Azərbaycanın müxtəlif dinlərinin nümayəndələrinin və etnoslarının yaşadığı bölgədir. Bu rayon multikultural ənənələri ilə məhşur olan rayonlarımızdan biridir. Deputatlığa namizədin belə çıxışı isə haqlı olaraq əhalinin etirazına səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Ən çox oxunanalar