Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: “Peyvəndin birinci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar”

“Peyvənd üçün müraciət edən uşaq son üç gündə qızılca xəstəsi ilə sıx təmasda olubsa və peyvənd göstərişi varsa, 72 saat ərzində vaksinasiya ola bilər”...

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.

Həkim bildirib ki, qızılcaya yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq uşaqlar 1 və 6 yaşlarında 2 dəfə peyvənd olunmalıdırlar:

“Müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar. Uşaqlarımız 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Bir sıra səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mütləq peyvəndin 2-ci dozasını almalıdırlar. Bəzi hallarda isə peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar var. Belə halda minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozası vurulmalıdır.

Valideynlərin nəzərinə çatdırım ki, övladlarının vaksinasiyası üçün yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”.

Poliqon.info


Etiket: həkim peyvənd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar