Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb?!

“Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o, dələduzun biridir”.

Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın “Canlı debat” verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

O, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, general-polkovnik N.Sadıqovu çoxdan tanıdığını və illər öncə onunla aralarında bir insidentin yarandığını deyib: “ Elçibəy hakimiyyəti dövründə, Kəlbəcər əldən gedən ərəfədə Xanlar rayonunda qərargah yaradılmışdı. O vaxt onun vəzifəsi aşağı idi. Mən də o vaxt nazir kimi o qərargahda üzv idim. Pənah Hüseyn, digərləri bunu bilir. Mən orda Nəcməddin Sadıkovun hərəkətlərinə dözə bilməyib, onu döydüm. Çaykəndin yuxarı hissəsində, Toğana deyilən yerdə vurdum onu. Mən dedim ki, “sən bizim əsgərləri niyə döyürsən. Görürsən ki, bunun ayağının içi yaşdır, üzü qırxılmayıb, əziyyət çəkir. Gecəsi-gündüzü yoxdur. Sən bunu döyməklə nə demək istəyirsən?”

H.Hacıyev daha sonra N.Sadıkovun həbsi ilə bağlı tələbini də səsləndirib və onu əsaslandırıb. Videonun geniş versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay