Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Google da süni intellektdən qorxmağa başlayıb…

Süni intellektin fayda ilə yanaşı, böyük zərər də verə biləcəyi narahatlıqları artırıb…

Texnologiya nəhəngi Google-un baş direktoru Sundar Piçai süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı xəbərdarlıq və fikirlərini bölüşüb. Baş direktor gizli təhlükələrin onu yatmağa qoymadığını da bildirib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, ChatGPT, Midjourney və Stable Diffusion kimi süni intellektlərin yaranması il baş vermiş inqilab texnologiya dünyasında böyük çaxnaşma yaradıb.

Bir müddət əvvəl bu kontekstdə, süni intellekt yaradıcıları üçün “inkişafı dayandır” məktubu dərc olunmuşdu və OpenAI hətta bu məktuba uyğun olaraq ChatGPT-nin yeni versiyasını yaradacaq GPT-5-i inkişaf etdirməyi dayandırmışdı. Bu gün Google-un baş direktoru Sundar Piçai sözügedən narahatlıqlarla bağlı açıqlama verib.

“Bu məni gecələr yatmağa qoymur”

WebTekno-nun xəbərinə görə, Bloomberg-in “60 Minutes” müsahibə seriyasının yeni qonağı olan Piçai süni intellektin sürətli inkişafının onu gecələr yatmağa qoymadığını bilrdib. Piçai bunun səbəbini bu sözlərlə izah edib:

“Süni intellektin öyrənilməsi və faydalı şəkildə tətbiq edilməsinin təcililiyi yanlış zamanda sui-istifadə edildikdə çox zərər verə bilər. Hələ bütün cavablarımız yoxdur və texnologiya sürətlə inkişaf edir. Bu məni gecələr yatmağa qoyurmu? Heç cürə qoymur!”, deyə Sundar Piçai bildirib.

ChatGPT-ın şərhi

Piçai ChatGPT süni intellektinin inkişafı zamanı OpenAI-nin təcrübələrinin də onun üçün bir dərs olduğunu söyləyib. O, ChatGPT-in ən əsas dərsini bu sözlərlə izah edib:

“Onların qeyd etdiyi məqamlardan odur ki, madam ki, həmin süni intellekti topluma uyğunlaşmaqdan ötrü zaman fərq etmir, belə olan halda, siz çox güclüykən bu cür texnologiyanı meydana çıxarmaq istəməzsiniz. Məncə, bu, ağlabatan baxışdır. Düşünürəm ki, onlarda bu texnologiyaya necə yanaşacağını anlamağa çalışan məsuliyyətli insanlar var, bizdə də həmçinin”.

Piçai dərin feyk məsələsi ilə bağlı da aşağıdakı açıqlamanı verib:

“Cəmiyyətə zərər verən dərin saxta videoların yaradılmasının nəticələri olmalıdır. Bir müddət süni intellektlə işləyən hər kəs bunun çox fərqli və çox dərin bir şey olduğunu bilir və necə uyğunlaşacağımızı düşünmək üçün sosial düzəlişlərə ehtiyacımız olacaq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Şirvanda dəmiryolu stansiyasında yanğın başlayıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay