Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin yeni sədri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Dövlət Gömrük Komitəsi sədri təyin edilməsi haqqında sərəncam imzalayıb...

Poliqon.info Şahin Bağırovun tərcümeyi-halını təqdim edir:

12 yanvar 1965-ci ildə Bakıda anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni alıb.

2014-cü ilin yanvar ayında Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunub.

6 iyul 2018-ci ildə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. 2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

Şahin Bağırova 28 yanvar 2005-ci ildə gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilib.

Qeyd edək ki, Şahin Bağırov bu vəzifədə ötən il işdən çıxarılan Səfər Mehdiyevi əvəzləyib.(pravda)

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Ən çox oxunanalar