Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 ölkələrinin Xirosima sammiti nə ilə yadda qalacaq?

Bazar günü Xirosimada öz işini başa vuran G7 sammiti nəylə diqqət çəkdi?..

Politoloq: “Mənim zənnimcə, G7 sammitində birinci dünyada təhlükəsizlik məsələlərini müzakirə etdilər”.

“G7 sammitinin digər diqqət çəkən tərəfi Çin məsələsinin müzakirə edilməsidir”.

Bu sözləri politoloq Qabil Hüseynli Xirosimada baş tutan G7 sammitini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bazar günü Xirosimada G7 sammiti keçirildi. Baş tutan G7 sammitini necə dəyərləndirmək olar? Sammitdə diqqəti cəlb edən nə idi və nəylə yadda qalacaq?

G7 sammitində müzakirə edilən məsələləri Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Çin həm Ukrayna məsələsində destruktiv mövqe oynayır, həm də sonra dövrlərdə silah və silahlanma yolunu tutaraq bölgədə, eləcə də beynəlxalq münasibətlərdə ciddi təhdid elementinə çevrilməyə başlayıb”.

G7 sammitinin Xirosima görüşünün çox əhəmiyyətli keçdiyini düşünən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, sammitdə dünyada beynəlxalq sabitliyi pozan qüvvələrə qarşı bir növ xəbərdarlıq müzakirələri aparıldı:

“Mənim zənnimcə, G7 sammitində birinci dünyada təhlükəsizlik məsələlərini müzakirə etdilər. Bu kontekstdə Ukraynaya yardım məsələsi ətraflı, bütün təfərrüatı ilə müzakirə edildi. Sonda bildirildi ki, Ukraynaya qarşı Rusiya təcavüzünün dəf edilməsi üçün Kiyevə bundan sonra da geniş miqyaslı yardımlar ediləcəyi bəyan edildi.

Qeyd edim ki, sammitin davam etdiyi müddətdə ABŞ Ukraynaya böyük həcmdə, təxminən 1 milyard yarım dollar həcmində yardım paketini elan etdi. Həmçinin, başqa ölkələr də bu məsələlərdə kifayət qədər səy göstərəcəklərini bəyan etdilər.

Qabil Hüseynli: “Rusiya ilə münasibətlərdə Moskvanın aqressiv niyyətlərinin həyata keçiriləməsi üçün Çinin bu siyasətdən əl çəkməsi vurğulandı”.

G7 sammitinin digər diqqət çəkən tərəfi Çin məsələsinin müzakirə edilməsidir. Doğrudan da, Çin həm Ukrayna məsələsində destruktiv mövqe oynayır, həm də sonra dövrlərdə silah və silahlanma yolunu tutaraq bölgədə, eləcə də beynəlxalq münasibətlərdə ciddi təhdid elementinə çevrilməyə başlayıb. Buna görə də Çinlə bağlı ehtiyyatlı ifadələr işlədilərək ona bir növ xəbərdarlıq edildi. Söylənildi ki, beynəlxalq münasibətlərdə qaydalara riayət edilməlidir. Xüsusilə də, Rusiya ilə münasibətlərdə Moskvanın aqressiv niyyətlərinin həyata keçiriləməsi üçün Çinin bu siyasətdən əl çəkməsi vurğulandı.

Bütövlükdə, G7 sammitinin Xirosima görüşü çox əhəmiyyətli keçdi. G7 sammitində dünyada beynəlxalq sabitliyi pozan qüvvələrə qarşı bir növ xəbərdarlıq müzakirələri aparıldı. Bu məsələ ilə bağlı da bəyanatlar verildi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar