Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə xəstəxananın vəzifəli əməkdaşı döyülüb

Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Bu barədə “Report”a V.Əliyev özü məlumat verib.

O qeyd edib ki, ötən gün, mayın 5-də saat 16 radələrində üç nəfər şəxs xidməti otağında onu təhqir edərək döyüblər:

“Belə ki, müvafiq əmrlə yaş həddinə görə işdən çıxarılan kənd məntəqəsində feldşer işləyən 72 yaşlı Oktay Əliyevin qohumları buna etiraz ediblər. Onlara izah etdim ki, bu, mənim səlahiyyətimə aid olan məsələ deyil. Müvafiq qanunvericiliklə yaş həddinə görə işinə xitam verilib. Hələ üç il bundan əvvəl onun yaşa görə işdən çıxmalı olsa da, müqavilə əsasında əməkdaşlığımız davam edirdi. TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Söyüş söyməyə başladılar və bildirdim ki, xəstəxanada qadınlar var, ayıbdır. Oktay Əliyev oğluna zəng edərək dedi ki, məni burada öldürürlər. Bundan sonra onun oğlu Füzuli rayon sakini Orxan Əliyev və yeznəsi Yasin adlı şəxs içkili halda otağıma gələrək məni təhqir etdi, fiziki zorakılıq göstərərək döydülər. Hətta Orxan məni boğaraq qəsdən öldürməyə cəhd edib. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nayihənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Üzərlərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər”.

Zərərçəkən bildirib ki, məsələ ilə əlaqadar aidiyyəti üzrə müraciət edilib, polisə də məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “Report”a bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - Sərəncam

Üç bürcün həyatında ciddi dəyişikliklər baş verəcək 

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Ən çox oxunanalar