Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb.

Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də atılacaq.

Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək. Həmin raundda uğur qazanacaq millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaqlar.

Azərbaycan millisinin mübarizəyə qoşulacağı əsas mərhələnin püşkatma mərasimi 2024-cü il iyulun 17-də təşkil olunacaq. Burada ilk oyunlar ev-səfər sistemi ilə 9-18 dekabr 2024-cü il tarixlərində baş tutacaq. Digər qarşılaşmalar 2025-ci il yanvarın 27-dən fevralın 5-dək, 3-12 mart və 7-16 aprel aralıqlarında reallaşacaq.

Pley-offun püşkü 15 may, oyunları 15-24 sentyabr 2025-ci il tarixlərində baş tutacaq. Final mərhələsi isə 18 yanvar - 8 fevral 2026-cı ildə təşkil olunacaq.

Reytinq cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Burada oyunlar mini-turnir şəklində keçiriləcək. Əsas mərhələdə isə ümumilikdə 40 komanda yarışacaq. Bura ilkin mərhələdən vəsiqə qazananlar və reytinqi yüksək olduğuna görə mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq kollektivlər daxildirlər. 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər qaydasında keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik olacaq 8 “ikinci” isə pley-off-da iştirak edəcək və qalib gələn 4 komanda AVRO-2026-ya yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Riqa və Kaunas şəhərlərində keçiriləcək. Həlledici mərhələdə 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələdən vəsiqə qazanacaq.

Poliqon.info 


Etiket: Futzal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ən çox oxunanalar