Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsə hökm oxundu

AXCP funksioneri Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb..

PİA.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda Əsgər Ağazadə son söz deyib. O, son sözündə günahsız olduğunu bildirib.
Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Əsgər Ağazadə verilmiş ittihamla təqsirli bilinərək 5 il azadlıqdan məhrum olunub.

Prokuror Əsgər Ağazadəyə 7 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, prokurorluq tərəfindən həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan (2004-ci il təvəllüdlü) Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə yekun ittiham elan olunub.

pia.az


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək

Ən çox oxunanalar