Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa ölkəmizə yeni səfir təyin etdi... - Parisin anti-Azərbaycan siyasəti dəyişəcəkmi?

Emmanuel Makron Fransanın Azərbaycandakı səfirini dəyişdi...

Politoloq: “Fransanın yeni səfrinin təyin olunmasının indiki mərhələdə Bakı-Paris münasibətlərində gərginliyin aradan qalxmasına hər hansı ciddi təsirinin olacağını gözləmək sadəlöhvlük olardı”.

“Fransa prezidenti Makronun bu vaxta qədər ikitərəfli əlaqələrdə əldə olunmuş müsbət təcrübənin ziddinə gedərək, bilvasitə və ardıcıl olaraq ermənilərin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən iddialarını dəstəkləməsi, İrəvanın vəkili kimi çıxış etməsi Bakı-Paris münasibətlərini açıq qarşıdurma həddinə gətirib”.

Bu sözləri politoloq Zaur İbrahimli Fransanın Azərbaycana yeni səfir təyin etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Fransa Azərbaycana yeni səfir təyin edib. Prezident Emmanuel Makron noyabrın 9-da bununla bağlı müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.

Bəs yeni səfir “boşluqları” doldurub Azərbaycanla Fransa arasındakı münasibətləri normal məcraya yənəldə biləcəkmi? Eyni zamanda Bakıdakı səfirini dəyişən Fransa anti-Azərbaycan siyasətini dəyişəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Ümid edək ki, yeni səfir Fransada Azərbaycanın haqlı mövqeyinin daha yaxşı başa düşülməsinə töhfə verə biləcək”.

Ənənəvi olaraq Azərbaycan diplomatiyasının son ana qədər təmkin nümayiş etdirdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, diplomatiyamız bütün açıq və pərdəarxası səylər boşa çıxdıqdan sonra açıq şəkildə öz mövqeyini açıqladı:

“Fransanın yeni səfrinin təyin olunmasının indiki mərhələdə Bakı-Paris münasibətlərində gərginliyin aradan qalxmasına hər hansı ciddi təsirinin olacağını gözləmək sadəlöhvlük olardı. İkitərəfli münasibətlərdə gərginlik Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərə zidd olaraq ermənilərin separatçı addımlarına haqq qazandırmaq, bununla əlaqədar təşəbbüsləri fəal dəstəkləməsindən qaynaqlanır.

Xüsusən, Fransa prezidenti Makronun bu vaxta qədər ikitərəfli əlaqələrdə əldə olunmuş müsbət təcrübənin ziddinə gedərək, bilvasitə və ardıcıl olaraq ermənilərin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən iddialarını dəstəkləməsi, İrəvanın vəkili kimi çıxış etməsi Bakı-Paris münasibətlərini açıq qarşıdurma həddinə gətirib. Görünən budur ki, artıq rəsmi Bakı Makron iqtidarı ilə konstruktiv münasibətlər qurulmasına, yaxud da rəsmi Parisin qismən də olsa, obyektiv mövqe tutacağına ümidlərini itirib.

Zaur İbrahimli: “Artıq rəsmi Bakı Makron iqtidarı ilə konstruktiv münasibətlər qurulmasına, yaxud da rəsmi Parisin qismən də olsa, obyektiv mövqe tutacağına ümidlərini itirib”.

Ənənəvi olaraq Azərbaycan diplomatiyası son ana qədər təmkin nümayiş etdirdi. Lakin artıq bütün açıq və pərdəarxası səylər boşa çıxdıqdan sonra açıq şəkildə öz mövqeyini açıqladı. Fransa artıq indiki mövqe ilə ölkəmiz üçün dost olmayan ölkələr sırasına aid edilə bilər. Bununla belə, uzun müddət Fransa və Azərbaycan həm iqtisadi, mədəni sahələrdə sıx əməkdaşlıq ediblər, bu təcrübəni də birdən-birə silmək olmaz. Yeni səfirin ikitərəfli ümansibətlərin yaxşılaşması baxımından xidməti o ola bilər ki, özü şərtlərin imkan verdiyi həddə obyektiv ola bilər. Azərbaycan cəmiyyəti ilə daha yaxşı kommunikasiya yarada, ölkəmizin haqılı mövqeyini Parisdə başa düşülməsinə çalışa bilər. Səfirlər direktivlərlə işləsələr də, onların şəxsiyyəti, xarizması, bacarıqları da az əhəmiyət kəsb etmir.

Yeni səfirin xüsusəsn ictimiayyətlə əlaqələr, Avropa Birliyi müstəvisində fəlaliyyətlə
əlaqədar yaxşı təcrübəsi var. Ümid edək ki, yeni səfir Fransada Azərbaycanın haqlı mövqeyinin daha yaxşı başa düşülməsinə töhfə verə biləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay