Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa kəşfiyyatı Çin və Rusiyaya texnologiya tədarükü edən şəbəkəni ifşa edib

Le Parisien: Fransanın Ommic şirkətinin rəhbərliyi Rusiya Federasiyasına texnologiya satmaqda ittiham edilərək həbs edilib.

Fransada yerli yarımkeçirici şirkəti "Ommic"in rəhbərliyinin 9 nümayəndəsi Çin və Rusiyadan texnologiyanın qanunsuz ötürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Poliqon xəbər verir ki, bu barədə "Le Parisien" iş materiallarına istinadən yazır.

"Ommic" mikrodalğalı tezliklərdə işləmək üçün nəzərdə tutulmuş mikrodalğalı monolit inteqral sxemlər istehsal edir. Şirkətin məhsulları hərbi və kosmik sistemlərdə də istifadə olunur.

Nəşrin yazdığına görə, Fransa kəşfiyyatı "Ommic"in Çinlə əlaqələrini çoxdan izləyib, lakin şirkət rəhbərlərinin saxlanılması və dindirilməsi barədə qərar yalnız 2023-cü ilin martında verilib. Qəzetin məlumatına görə, martın 24-də iki Fransa və iki Çin vətəndaşına qarşı ittiham irəli sürülüb.

Nəşr yazır ki, Fransa kəşfiyyat xidmətləri təkcə Çinə deyil, həm də Rusiyaya ikili təyinatlı texnologiyaların tədarükünün bütöv şəbəkəsini müəyyən edib. Bəzi hallarda onların birbaşa Çinə deyil, Litva və Belçika vasitəsilə həyata keçirildiyi iddia edilir.

Müttəhimlərdən biri şirkətin 74 yaşlı keçmiş baş direktoru Mark R. O və bir Çin vətəndaşı Fransanın maraqlarına zərər verə biləcək texnologiyaların xarici gücə ötürülməsində ittiham olunurlar. "Le Parisien"in məlumatına görə, onları 15 ilə qədər həbs gözləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar