Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Foreign Policy: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır, amma sürsat çatışmamazlığı var…

Pentaqondakı mənbə bildirib ki, Rusiya ilə müharibə üçün əməliyyat planı 10 il əvvəl hazırlanıb…

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın Foreign Policy nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya böyük hərbi təchizatdan narazıdır. Çünki ABŞ-ın həmçinin NATO-nu da sürsatla təmin etmək öhdəliyi var. Foreign Policy bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milliyə istinadən qeyd edir.

Pentaqondakı mənbə bildirib ki, Rusiya ilə müharibə üçün əməliyyat planı 10 il əvvəl hazırlanıb. Eyni zamanda, mənbə vurğulayıb ki, Vaşinqton demək olar ki, heç vaxt anbarlardakı ehtiyatların tam təlabata cavab verməsini təmin edə bilməyib. İndi isə ABŞ Konqresinin bəzi üzvləri Müdafiə Nazirliyinə təzyiq göstərirlər. Onlar hesab edirlər ki, Ukrayna üçün silah tədarükü kifayət qədər deyil.

Foreign Policy yazır ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” ucbatından Kiyevə yardım fonunda Aİ və ABŞ-da sürsat ehtiyatları nəzərəçarpacaq dərəcədə tükənib. Bununla yanaşı məqalədə vurgulanır ki, Ukraynaya heç nə təklif etməyən ölkələr də var.

Qeyd edək ki, daha əvvəl Qərb mətbuatı Şimali Atlantika Alyansı ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşmaq üçün Ukraynaya silah tədarükünü azaltdıqlarını yazmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Pentaqonun Ukraynanı sürsatla təmin etmək üçün müəyyən həddi var və buna görə də Kiyevə növbəti silah tədarükü mümkün olmaya bilər.

Foreign Policy yazır ki, Ukraynaya sürsat tədarükü ilə bağlı məhdudiyyətlər, Rusiya ilə silahlı münaqişə ehtimalı ucbatından ABŞ hərbçiləri tərəfindən qoyulub.

Rusiya ilə NATO-nun əsas toqquşma ehtimalı isə Baltikyanı ölkələrlə sərhədi göstərilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay