Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN “Bakı KOB evi”ndə fəaliyyətə başlayıb

FHN-in xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır...

Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sahibkarlara müvafiq xidmətlər göstərilməyə başlayıb.

PİA.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyun 2018-ci il tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq, “Bakı KOB evi”ndə Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 xidmət təşkil edilib.

Bunlardan üçü FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən, digər üçü isə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təmin edilməkdədir.

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Ramin Paşayev bildirib ki, sahibkarlar agentlik vasitəsilə ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələndirilməsinə, hazırlanmasına, inşasına, istismarına və istismardan çıxarılmasına icazə verilməsi xidmətləri üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Eyni zamanda, o qeyd edib ki, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlıqların, radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsinə və hazırlanmasına icazə verilməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.

FHN-in Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov bildirib ki, “Bakı KOB evi”ndə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və agentlik vasitəsilə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların, (partlayıcı maddələrin və qurğuların; tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə icazənin və təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında çıxarışın verilməsi xidmətlərindən də yararlana bilərlər.

FHN-in xidmətlərinin tədricən regionlarda fəaliyyət göstərən digər KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.

Növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, sözügedən xidmətlərin “Bakı KOB evi” vasitəsilə həyata keçirilməsi sənədləşmə işlərində şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun artırılmasını təmin edəcəkdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Ən çox oxunanalar