Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa elmlər doktoruna qəzəbləndi

Elmlər doktoru, "Ay deputat, bizi eşşək yerinə qoymayın", dedi, Fazil Mustafa özündən çıxdı...

“Bayram pulu bütün müəssisələrdə, yerlərdə işləyən işçilərə qanunvericiliyə uyğun olaraq nəzərdə tutulub". Verdiyim müsahibədə məhz bu cümləni işlətmişəm. Haradasa verilir, haradasa verilmir, bu artıq başqa məsələdir. Düşmənlərimizin əlində olan səhifə şəklimin altında yuxarıdakı ifadəni olduğu kimi yazdıqdan sonra aşağıda fikrimi qəsdən təhrif edərək təxribatçı sual tərtib edir: "Fazil Mustafa deyir ki, bayram pulu ölkədə bütün işləyənlərə verilir. Deyin görək, sizə bayram pulu verilirmi?" Nadanlara da bu lazım deyilmi? Başlıqla onlara təqdim edilən təhrifedici sualın müqayisəsini aparmadan əksəriyyəti də saxta profillərdən təhqirlər yağdırırlar. Eyni qaydada QUMcuqlar da, Əliciklər də, Turancuqlar da bu kampaniyanı başqa platformalarda yürüdürlər”.

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafanın sözlərinə görə, bu cahil, nadanların içində Ramazan Qafarlı adında bir AMEA-da işləyən elmlər doktoru da var: “Şəxsini tanımıram, elmimizə hansı töfhəni verdiyindən də xəbərsizəm. Mən sadəcə qanunvericiliyin tələbini xatırlatmışam, bir çox müəssisələrdə qanunsuz olaraq bayrampulu verilmir, buna qarşı da öz mənfi münasibətimi bildirmişəm. İndi bu Ramazan Qafarlı yazır ki, "ay deputat, bizi eşşək yerinə qoymayın". Allah-Allah, hörmətli Ramazan bəy, mən nəinki, sizi, heç bir Allah bəndəsini eşşək yerinə qoymaram, çünki Yaradan hər birimizi öz yerimizdə insan kimi qalmağı əmr edib. Ancaq bir elmlər doktoru ötən həftə yazdığım "Ziyalı qaragüruhçuluğu" adlı məqaləmin nə qədər aktual olduğunu bir daha təsdiqləmiş oldu. Anlayıram ki, savadsız kütləni bizə qarşı yönləndirmək üçün xüsusi mərkəzlər fəaliyyət göstərir, onlar hər sözümüzün, hər fikrimizin hədəfə dəydiyini çox yaxşı bilirlər, həm də bilirlər ki, bu ölkənin aydın gələcəyi üçün aydınlatma missiyasından bir addım da geri çəkilən deyiləm. Ancaq ictimai düşüncə həyatına indiyədək bir cümləsi ilə təsir göstərmək iqtidarında olmayan bir elmlər doktorunu da özləri ilə eyni xora qoşa bilirlərsə, bu təhlükəyə düşünən insanlarımız ciddi yanaşmalıdır. Həm də çox ciddi...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay