Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsas məsələ Ermənistanı sülhə məcbur etməkdir” – Politoloq

Dünən Brüsseldə baş tutan görüş iki ölkə arasında davam edən münaqişənin həlli üçün hansı şərtlər yaratdı?..

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri: “Demək olmaz ki, noyabrın 8-də biz Ermənistanla sülh müqaviləsi imzalayacağıq. Ancaq onu deyə bilərik ki, 5-ci görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin konkret maddələri müzakirə olunacaq”.

“Düşünürəm ki, “Qisas” əməliyyatından sonra Ermənistan Azərbaycanın haqlı tələblərinə qarşı ciddi müqavimət göstərə bilməyəcək. Lakin bu o demək deyil ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlərdən əl çəkməlidir.”.

Bu sözləri AzərbaycanErmənistan liderlərinin dünən Brüsseldə baş tutan görüşünü PİA.az-a şərh edərkən politoloq Samit Hümmətov bildirib.

Dünən Brüsseldə AzərbaycanErmənistan liderlərinin sayca 4-cü görüşü baş tutdu. Əvvəlcə Moskvada nəzərdə tutlan və sonra Brüsselə keçirilən bu görüşə olan maraq böyükdü. Çünki faktiki olaraq danışıqlardan yayınmağa çalışan Ermənistan Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı ilə yeni görüşə məcbur edilmişdi və bu da görüşün daha məhsuldar və səmərəli ola biləcəyindən xəbər verirdi.

Bu görüşdən əvvəl isə Ermənistanın vaxtından əvvəl alternativ “Laçın dəhlizi”nə keçməsi və bir neçə kənd də daxil olmaqla Laçın şəhərinin azad olunması onu deməyə əsas verirdi ki, Ermənistanın müqaviməti qırılır və Azərbaycanın keçirə biləcəyi hər hansı bir hərbi əməliyyat Yeravan üçün ağır nəticələr doğura biləcəyini artıq Ermənistan siyasiləri və erməni xalqı anlamağa başlayıb. “Qisas” əməliyyatından sonra bunu revanşist erməni müxalifətinin də anladığı hiss olunurdu və bu da Brüsseldə Paşinyanın daha rahat davrana bilməsi üçün əsas yaradırdı.

AzərbaycanErmənistan liderlərinin dünən baş tutan 4-cü Brüssel görüşünü necə dəyərləndirmək olar? Əldə olunan razılaşmalara görə bu görüş digər görüşlərdən nəylə fərqləndi və iki ölkə arasında davam edən münaqişənin həlli üçün hansı şərtlər yaratdı?

Qeyd edək ki, üçtərəfli görüş bitdikdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında bildirib ki, apardıqları müzakirələr açıq və məhsuldar olub. Mişel gündəlikdəki bütün məsələlərə baxıldığını qeyd edib.

Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.

“Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik”, deyə Aİ Şurası Prezidenti vurğulayıb.
Həmçinin Şarl Mişel əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir.

AzərbaycanErmənistan liderlərinin 4-cü Brüssel görüşünü PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümmətovla müzakirə edib.

Samir Hümmətov: “10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn bütün bu tələblər yerinə yetirilmədikcə və yekun sülh sazişi imzalanmayana qədər Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görməlidir”.

Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlərin daha da artırılmalı olduğunu vurğulayana poltoloq PİA.az-a bildirib ki, növbəti görüşün vaxtının müəyyən edilməsi ondan xəbər verir ki, qarşıdakı iki ay müddətində sülh sazişinin mətni üzərində işlər aparılacaq:

“Açığı 4-cü görüş bir çox nüansları ilə diqqəti cəlb elədi. Hər şeydən əvvəl liderlərin növbəti görüşünün vaxtının müəyyən edilməsi ondan qarşıdakı iki ay müddətində sülh sazişinin mətni üzərində işlər aparılacaq. Demək olmaz ki, noyabrın 8-də biz Ermənistanla sülh müqaviləsi imzalayacağıq. Ancaq onu deyə bilərik ki, 5-ci görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin konkret maddələri müzakirə olunacaq.

Şarl Mişelin də qeyd etdiyi kimi, biz növbəti görüşdə sərhədlərin delimatisiyası və demarkasiyası ilə bağlı konkret nəticələr gözləyə bilərik. Sərhədlərin delimatisiyası və demarkasiyası ilə bağlı komissiyanın da liderlərin görüşdüyü gün Brüsseldə baş tutması onu deməyə əsas verir ki, 5-ci görüşdə sərhədlərin müəyyənləşməsi ilə bağlı konkret xəritə üzərində işlər aparılacaq. Bu da çox əhəmiyyətli məsələdir.

Digər məsələ isə nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır. Şarl Mişelin mətbuat üçün verdiyi açıqlamalardan belə görünür ki, bu məsələdə də inkişaf gözləmək olar. Xüsusilə “Zəngəzur dəhlizi”nin razılaşdırılması və dəhlizin tikintisinin başlaması noyabrda öz həllini tapa bilər.

Düşünürəm ki, “Qisas” əməliyyatından sonra Ermənistan Azərbaycanın haqlı tələblərinə qarşı ciddi müqavimət göstərə bilməyəcək. Lakin bu o demək deyil ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün təzyiqlərdən əl çəkməlidir. Ermənistan bundan sonra da bütün vasitələrlə həm prosesi ləngitməyə, həm də 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulan öhdəliklərini yerinə yetirməkdən yayınacaq. İmzalanmasından iki il keçməsinə baxmayaraq, 10 noyabr Üçtərəfli Bəyanatının bir çox maddələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bunlara qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, Qarabağdan qaçqın düşən Azərbaycan əhalisinin geri qaytarılması, Qazaxın 7 kəndinin işğaldan azad olunması və “Zəngəzur dəhlizi”nin istifadəyə verilməsidir.

Samir Hümmətov: “Əgər Brüssel səmimi şəkildə Cənubi Qafqazda sülhə nail olmaq istəyirsə, o zaman Ermənistanı sülhə məcbur etməlidir”.

10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn bütün bu tələblər yerinə yetirilmədikcə və yekun sülh sazişi imzalanmayana qədər Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün tədbirlər görməlidir. Eyni zamanda hazırda əsas vasitəçilik missiyasını həyata keçirən Avropa İttifaqı da Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistana təzyiqlərini artırmalıdır. Bu çox vacibdir. Çünki zamanla biz görmüşük ki, məhz vasitəçilərdən aldığı dəstəklə Ermənistan sülh prosesindən yayınır. Ona görə də əgər Brüssel səmimi şəkildə Cənubi Qafqazda sülhə nail olmaq istəyirsə, o zaman Ermənistanı sülhə məcbur etməlidir. Çünki Ermənistanın özünün də etiraf etdiyi kimi, Azərbaycanın tələblərində beynəlxalq normalara zidd olan heç bir şey yoxdur.

Qarşıda həm Avropa İttifaqının, həm Ermənistanın, həm də Azərbaycanın görəcəyi çox işlər var. Bundan sonrakı prosesdə əsas məsələ Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə gətirməkdən yayınmamasını təmin etməkdir. Ona görə də düşünürəm ki, 4-cü görüş digər görüşlərdən daha səmərəli olub. Sadəcə danışıqlar sürətləndirilməlidir. Danışıqlar sürətlənərsə, o zaman Şarl Mişelin də vurğuladığı kimi, iki xalq sülhə daha yaxn olacaq. Bunu etmək üçünsə bizim Qarabağdan qovulan əhalimiz geri qaytarılmalı, sərhədlər müəyyən edilərək açılmalı, dəhlizlər fəaliyyətə başlamalı və ən əsası Qarabağdakı hərbi birləşmə tərksilah olunmalıdır.

Həmçini iki xalqın sülhə hazırlanması kontekstində bir sıra humanitar məsələlər də öz həllini tapmalıdır. Bunlara Birinci Qarabağ müharibəsində itkin düşən minlərlə insanın taleyinə aydınlıq gətirilməsi də aiddir. Yalnız bundan sonra Azərbaycan konkret cinayətlərdə ittiham olunaarq həbs edilən ermənilərin geri qaytarılmasını müzakirə edə bilər. Həmçinin Ermənistan minaladığı ərazilərin dəqiq xəritələrini də Azərbaycana təqdim etməlidir. Bütün bunlar üçünsə Ermənistan sülhə məcbur edilməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay