Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hərbçilərinin qətlə yetirdiyi Azərbaycan vətəndaşlarının dəfn yerləri barədə məlumatlar sistemləşdirilir

Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması işi diqqət mərkəzində saxlanılıb...

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri və erməni silahlı-separatçı dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilir.

Dövlət Komissiyasının katibi qeyd edib ki, eyni zamanda, bu sahədə BQXK ilə yaxından əməkdaşlıq edilir: “Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən məlumatları Dövlət Komissiyasına təqdim edib. Toplanmış məlumatlar əsasında ötən il xüsusi xəritələr tərtib edilib. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da davam etdirir. Ancaq yuxarıda da qeyd etdiyim kimi, itkinlər barədə təfsilatlı məlumatlar daha çox Ermənistan tərəfdədir. Ümid edək ki, Ermənistan bu sahədə məlumatların təqdim edilməsi və konstruktiv əməkdaşlıq nümayiş etdirilməsi imkanını özündə tapacaq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay