Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərinə xəyanət edən 3 uşaq anası olan gəlin qaynatası və qaynanasına gizlicə yuxu dərmanı verirmiş…

22.09.22 tarixində Qazax rayonu Dəmirçilər kəndində tükürpədəci hadisə yaşanıb...

AzToday.az rəsmi sənədlərə əsasən xəbər verir ki, kənd sakini Yusif Hadiyev gecə saatlarında gəlini Hadiyeva Lalə Cavid qızını yataq otağında Rəhimov Əsəd Qiyas oğlu ilə birlikdə tutur. Dərhal qızın atası Cavid Abdullayevi və Əsəd Rəhimovun atası Qiyas Rəhimovu evinə çağırır. Həmçinin, Polisə xəbər verir verir. Cavid Abdullayev qızını evinə aparır, Əsəd Rəhimov isə polis tərəfindən saxlanılır. Qısa müddətdən sonra sərbəst buraxılır.

İlkin araşdırmalardan və tərəflərin izahatlarından məlum olur ki, Lalə Hadiyeva ilə Əsəd Rəhimov dəfələrlə cinsi əlaqədə olublar. Qaynatası Yusif Hadiyev və qaynanası Güladə Hadiyevanın çaylarına yuxu dərmanı qatan 3 uşaq anası Lalə Hadiyevanın yataq otağından güclü təsirə dərmanlar tapılır. Gəlinlə Əsəd Rəhimovun “vatsap” yazışmalarından bəlli olur ki, yuxu dərmanları məhz ikilinin birlikdə qərarı ilə Yusif Hadiyev və Güladə Hadiyevaya gizlicə verilib. Yuxu dərmanlarının alınmasını isə Əsəd Rəhimov həyata keçiribmiş. Nəticədə Güladə Hadiyevanın sağlamlığı ciddi zərər görür…

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE işləyən Əsəd Rəhimov xidmət yerini icazəsiz tərk etdiyi üçün iş Hərbi Prokurorluğa göndərilir. Dərhal ordu sıralarından kənarlaşdırılan Əsəd Rəhimovla bağlı Şəmkir rayonu Hərbi Prokurorluğunda araşdırılma aparılmış, ona qarşı cinayət işinin başlanılması ləğv edilib. Səbəb kimi Lalə Hadiyevanın könüllü şəkildə Əsəd Rəhimovla münasibət qurduğu göstərilir…

Qarşı tərəf isə Əsəd Rəhimovla bağlı cinayət işinin ləğv olunması ilə razı deyil. Belə ki, yuxu dərmanlarının Güladə Hadiyevaya və Yusif Hadiyevə gizlicə verilməsində hər iki şəxsin əlbir hərəkət etdiyinin sübutlarının ortada olduğunu göstərirlər. Qəribədir ki, Hərbi Prokurorluq dərmanların və hər iki şəxsin qan nümünələrinin ekspertiziya göndərsə də, ekspertizanın cavabları maraqlı tərəflərə indiyə kimi təqdim olunmayıb. Hazırda iş araşdırılmaq üçün Hərbi Prokurorluqdan Qazax rayon Polis Şöbəsinə göndərilib. İş ilkin təhqiqat mərhələsindədir. Yusif Hadiyev ümid edir ki, Hərbi Prokurorluqdan fərqli olaraq Polis işi obyektiv araşdıracaq, Əsəd Rəhimov və Lalə Hadiyevanın ona və həyat yoldaşına qarşı elədikləri cinayət əməlləri ilə bağlı müvafiq tədbirlər görüləcək…

Qeyd edək ki, 3 uşaq anası Lalə Hadiyevanın 2009-cu ildən rəsmi nikahda olduğu Tural Yusif oğlu Hadiyev hərbçidir. 44 günlük Vətən Müharibəsində veteranı olan Tural Hadiyev hazırda xidmətini düşmənlə ön cəbhədə davam etdirir.

Qazax rayon Məhkəməsində boşanma ilə bağlı iddia qaldırılıb…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Lamiyə Vəliyeva: Azərbaycanın adı ən yüksək yerlərdə çəkilməlidir - Video

Ən çox oxunanalar