Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Bu gün bütün geosiyasi düyünlər Afrika üzərində bağlanıb...

Son olanlar onu göstərir ki, Afrika uğrunda böyük geosiyasi savaş gedir...

Siyasi-şərhçi: “Bütün bu proseslər gəlib öz kulminasiya nöqtəsinə o zaman çatacaq ki, Afrika qitəsi uğrunda böyük geosiyasi müharibə başlayacaq”.

“Bu gün Afrika faktiki olaraq geosiyasi mübarizənin əsas güc nümayişi meydanına çevrilib”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Afrika uğrunda gedən mübarizəni Poliqon-a şərh edərkən qeyd edib.

Nigerdə qiyam sonrası baş verən hadisələr onu göstərir ki, Afrika uğrunda böyük geosiyasi savaş gedir. Son illər Fransanın Afrikada mövelərini itirməsi sürətlə davam edir. Parisin yerini isə Moskva və Pekin doldurur.

Ümumiyyətlə, qara qitə dünya siyasətinə hansı təsirlərə malikdir və Fransanın Afrikadan çıxarılması ümumi geosiyasi mübarizə fonunda nədən xəbər verir?

Afrika qitəsi ətrafında baş verənləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hələlik baş verənlər döyüşə hazırlıq mərhələsidir. Böyük döyüş isə ən tezi 15 ildən sonra baş verəcək”.

Rusiyanın Afrikadan əldə edə biləcəyi və əldə etmək istədiyi müəyyən təbii ehtiyatların olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, əsas məsələ bu gün böyük güclərin geosiyasi mübarizə meydanıdır və Afrika bu mənada geosiyasi savaşın bir sınaq meydanıdır:

“Əvvəla onu qeyd edim ki, Afrika qitəsinin son dövrlərdə önəminin artmasının 2 başlıca səbəbi var:

Birinci səbəb odur ki, Afrikada çox surətlə urbanizasiya gedir. Yəni şəhər əhalinin artması prosesi gedir. Hətta, bəzi proqnozlara görə 2030-cu ilədək Afrika qitəsinin əhalinin 50 faizi artıq şəhərlərdə yaşayacaq. Bu isə iqtisadiyyatın, sənayenin inkişafı deməkdir. Əlbəttə ki, bu qitədə böyük investisiya prospektivləri yaranır.

İkinci səbəb isə bu gün dünyanın yenilənən enerji mənbələrinə keçidi ilə əlaqəlidir. Məsələ burasındadır ki, Günəş enerjisinin və yaxud yenilənən enerjinin əldə olunması baxımından Afrika qitəsi son dərəcə əlverişli çoğrafi və kilematik imkanlara malikdir. Eyni zamanda da yüz illərdir talanmasına rəğmən bir çox Afrika ölkələrinin hələ də, kifayət qədər ciddi, faydalı qazıntı ehtiyatları var. Başlıca səbəb bunlardır.

Digər bir səbəb isə odur ki, bu gün Afrika faktiki olaraq geosiyasi mübarizənin güc nümayişi meydanına çevrilib. Məsələn, deyək ki, əvvələr kolonizasiya dövründən başlayaraq, daha çox Afrikada Avropa ölkələri təsirə malik idisə, kolonizasiya dövrü bitdikdən sonra da əslində neokolonist siyasət davam etdirilirdi. Amma Çinin iqtisadi qüdrətinin artması, Çin siyasətində insan haqları, azadlıqlar, demokratiya faktorunun arxa planda olması, Pekinə əksəriyyəti avtoritar və diktatora rejimindən ibarət edən Afrika ölkələrində daha geniş əməkdaşlıq imkanları yaratdı.

Ərəstun Oruclu: “Hər hansı ən güclü dövlət belə öz sərhədlərinə qapılırsa, o heç zaman imperiya, geosiyasi güc ola bilməz”.

Amma eyni zamanda bu gün Rusiyanın da bu bölgəyə can atması təbii ki, güc nümayişi ilə əlaqədardır. Yəni Rusiyanın da Afrikadan əldə edə biləcəyi və əldə etmək istədiyi müəyyən təbii ehtiyatlar var. Amma əsas məsələ bu gün böyük güclərin geosiyasi mübarizə meydanıdır və Afrika bu mənada geosiyasi savaşın bir sınaq meydanıdır. Yəni, əgər biz geosiyasi güclərdən danışırıqsa, onlar üçün ən böyük fəlakət öz sərhədlərinə qapılma olar. Hər hansı ən güclü dövlət belə öz sərhədlərinə qapılırsa, o heç zaman imperiya, geosiyasi güc ola bilməz.

Misal üçün Hindistanı götürək. Bu gün Hindistan əhalisinin sayı hətta, Çin əhalisindən də artıqdır. Hindistan dünyanın ən böyük əhalisi olan ölkəsidir. Hindistanda iqtisadiyyat da kifayət qədər ciddi templərlə inkişaf edir. Amma Hindistan hələ öz sərhədlərindən kənara çıxa bilmir deyə, o böyük geosiyasi mübarizədə iştirak etmir.

Bir müddət öncə də, Çin də geosiyasi mübarizədə iştirak etmirdi. Amma Çinin iqtisadi qüdrəti artıqca, hərbi gücünü, diplomatiyasını daha aktiv duruma keçirməklə Pekin ən müxtəlif bölgələrə müdaxilə etməyə başladı.

İndi də daha rahat meydan və daha geniş iş imkanları olan məkan kimi Rusiya Afrikanın görür. Amma eyni zamanda da, ABŞ da oradan çəkilmək istəmir. Fransa da müqavimət göstərməyə çalışır. Türkiyə də Afrikada öz tərəfdaşlarına malikdir. Hətta, Səudiyyə Ərəbistanının da Afrikada tərəfdaşları var.

Ərəstun Oruclu: “Afrika kimi geosiyasi əhəmiyyəti böyük olan coğrafiyalarda demokratik proseslər ya terrorizm, ya dövlət çevrilişləri, ya da qiyamlar vasitəsilə məhv edilir”.

Biz görürük ki, bu gün bütün o geosiyasi düyünlər gedib Afrika üzərində bağlanır. Əlbəttə, bu gün bu hələ tam aktiv fazada deyil. Onun aktiv fazası 15-20 ildən sonra olacaq. Yəni, biz bilirik ki geosiyasi mübarizə hər zaman müharibələrlə müşahidə olunur. Bu gün hələlik diktaturalar meydana çıxır və bu Afrikada ənənəvi olaraq hər zaman olub. Afrika kimi geosiyasi əhəmiyyəti böyük olan coğrafiyalarda demokratik proseslər ya terrorizm, ya dövlət çevrilişləri, ya da qiyamlar vasitəsilə məhv edilir.

Bütün bu proseslər gəlib öz kulminasiya nöqtəsinə o zaman çatacaq ki, Afrika qitəsi uğrunda böyük geosiyasi mübarizə başlayacaq. Dediyim kimi bu da indi olmayacaq. Hələlik baş verənlər döyüşə hazırlıq mərhələsidir. Döyüş ən tezi 15 ildən sonra baş verəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay