Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb

Son sutka ərzində ərəb ölkələrində COVID-19-a yoluxanların sayı kəskin artıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, ən gərgin vəziyyət əhalisinin sayı cəmi 4 milyon olan Küveytdədir. Belə ki, bu ölkədə son 24 saat ərzində 4397 yoluxma qeydə alınıb. Azərbaycanın Küveytdəki səfirliyi soydaşlarımıza bununla əlaqədar müraciət edib, onları yerli hökumətin qoyduğu qaydalara əməl etməyə, lazım olduqda diplomatik nümayəndəliyimizin "qaynar xətt"inə zəng vurmağa çağırıb.

Səudiyyə Ərəbistanında da yoluxma halları getdikcə artır. Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutkada 5362 nəfərin COVID-19-a yoluxduğu, iki pasiyentin isə vəfat etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti əhaliyə üçüncü doza vaksin vurulması üçün geniş tədbirlər görür. Bu məqsədlə büdcədən əlavə vəsaitin ayrıldığı bildirilir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son sutkada 2511 yoluxma, 3 ölüm faktı qeydə alınıb. Mötəbər beynəlxalq tədbirlərin, o cümlədən "EXPO 2020 Dubai" sərgisinin keçirildiyi Dubay şəhərində pandemiyaya qarşı nəzarət tədbirləri daha da artırılıb. Bundan başqa, BƏƏ hökuməti sosial şəbəkələrdə COVID-19-la bağlı feyk xəbərlər və şayiələr yayanlara qarşı 5500 dollar məbləğində cərimə tətbiq ediləcəyi barədə qərar qəbul edib.

Misirdə son sutkada yoluxma halları nisbətən az olsa da (932 nəfər), vəfat edənlərin sayı yüksəkdir (19 nəfər). Bu ölkədə COVID-19-dan həyatını itirənlərin sayı Şimali Afrika və digər ərəb ölkələri ilə müqayisədə daha çoxdur. Belə ki, pandemiya dövründə Misirdə 22 mindən çox insan COVID-19-dan vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay