Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğandan Avropa İttifaqına mesaj: “Bu ölkələrin heç biri Türkiyə deyil…”

“Avropa İttifaqı bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir”...

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıtdığı zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Avropa İttifaqının müharibə vəziyyətindəki Ukrayna və həmçinin Moldova ilə üzvlük danışıqlarına başlaması və Gürcüstana namizəd statusu verməsi ilə bağlı fikirlərini bildirib.

“Onlara namizəd statusunun verilməsi o demək deyil ki, gəlib Avropa İttifaqına üzv olacaqlar. Onlarla proses başladılacaq və bu proseslər də ləngiyəcək. Bu ölkələrin heç biri Türkiyə deyil. Avropa İttifaqının bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməsi zəruridir. Avropa İttifaqına üzv olmağa bir çox üzv ölkədən daha hazır olan vəziyyətdə olan Türkiyənin illərdir siyasi maneələrə görə gözlədilməsi yanlışdır. Türkiyənin istər strateji, istərsə də iqtisadi potensialı artıq çoxdan Avropa İttifaqına tamhüquqlu üzvlüyə imkan verdiyi halda, illərdir müxtəlif bəhanələrlə diqqətimizi yayındırırlar. Türkiyənin nə qədər əhəmiyyətli və nüfuzlu bir ölkə olduğu son illərdə yaşadığımız proseslər zamanı bir daha ortaya çıxdı. Artıq Avropa İttifaqı bu səhvdən əl çəkməlidir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.(Haber Global)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Ən çox oxunanalar