Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edəcək...

“Report” xəbər verir ki, paralel olaraq iki ölkənin xarici işlər nazirləri, eləcə də kəşfiyyat orqanlarının rəhbərləri arasında görüşlər keçiriləcək.

Danışıqlardan sonra Miçotakis və Ərdoğan birgə bəyanatlarla çıxış edəcəklər. Bu görüşlə liderlər Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.

“Parapolitika” nəşri qeyd edib ki, axşam saatlarında hökumət başçısı Yunanıstana qayıdacaq.

Rəsmi Ankara gözləyir ki, liderlər arasında ikitərəfli danışıqlar zamanı Türkiyə və Yunanıstan arasında dəniz sərhədləri sahəsində mövcud problemlərin həlli yolları, Kipr ətrafındakı vəziyyət, ticarət-iqtisadi münasibət, siyasi və işgüzar qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunsun.

Türkiyə lideri Yaxın Şərq regionundakı vəziyyət üzərində ətraflı dayanmaq və regionun digər münaqişə zonalarını müzakirə etmək niyyətindədir. Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

Bundan başqa iki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar