Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan çağırış etdi: “Qutuların yanından ayrılmayın”   

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini tam qorumaq üçün partiya üzvlərini səslərin sayılması proseduru bitənə qədər seçki qutularının yanında qalmağa çağırıb.

Bu barədə Ərdoğan “X” hesabında yazıb.

“Saat 17:00-a olan məlumata görə, bütün ölkə üzrə səsvermə prosesi başa çatıb. Seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr yekunlaşana qədər bütün bacı-qardaşlarımdan məsul olduqları seçki qutularını tərk etməmələrini və xalqın iradəsini sona qədər müdafiə etmələrini ürəkdən xahiş edirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.

Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Ən çox oxunanalar