Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın seçki sistemi artıq köhnəlib və işə yaramır?

NATO sammitindəki davranışlarından sonra Baydenin əqli çatışmamazlıqları ilə bağlı narahatlıqlar artıb...

Politoloq: “Baydenin yaşı ilə əlaqəli problemlərinin olması təbii ki, onun ABŞ kimi fövqəldövlətin idarəçiliyi ilə uyğun gəlmir”.

ABŞ-ın seçki sistemində çatışmazlıq olsa da, dünyada ən yüksək göstəriciyə layiq sistemdir”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-da keçiriləcək prezident seçkisini Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, NATO sammitindəki davranışlarından sonra Baydenin əqli çatışmamazlıqları ilə bağlı narahatlıqlar artıb. Son sorğu nəticələrinə gör isə Amerikalıların 2/3-si Baydenin prezidentlik yarışından kənarda qalmasını istəyir. Bu durumda Trampın seçkilərdə qalib gəlməsi də hətta demokratlarda belə şübhə doğurmur.

Amerika seçkilərində Baydenlə bağlı yaranmış böhran vəziyyət nədən xəbər verir? Demək olarmı ki, ABŞ-ın seçki sistemi artıq köhnəlib və işə yaramır?

Baydenlə bağlı yaranan narahatçılığı Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “ABŞ idarəçilik sistemi tək bir adama bağlı idarəçilik sistemi deyil”.

Təbii olaraq Baydenin yaşının çox olmasının idarəçilik baxımından məqbul olmadığını bildirən politoloq Poliqon- açıqlamasında qeyd edib ki, Demokrat partiyasının digər namizədləri Baydenin əvəzlənməsinə hazır olmamış deyillər:

“Baydenin yaşı ilə əlaqəli problemlərinin olması təbii ki, onun ABŞ kimi fövqəldövlətin idarəçiliyi ilə uyğun gəlmir. Amma prezident seçkilərinə gedəndə onun vəziyyətinin normal olmadığı hamıya bəlli idi. Buna baxmayaraq, yenə də bunu problem etməmişdilər. Bu, onunla bağlı idi ki, ABŞ idarəçilik sistemi tək bir adama bağlı idarəçilik sistemi deyildir.

Hakimiyyətin digər qolları ehtiyac halında prezidentin yoxluğunu hiss etdirməmək şəkildə formalaşıb. Bu da ABŞ demokratiyasının bariz nümunəsidir. Təbii olaraq Baydenin yaşının çox olması idarəçilik baxımından məqbul deyil, xüsusən də, ikinci dövr seçildiyi durum üçün. Amma Demokrat partiyasının namizədləri Baydenin əvəzlənməsinə hazır olmamış deyillər.

Azər Qasımov: “İdeal seçki sistemi mümkün olmasa da, ABŞ seçki sistemi mükəmməl seçki sistemidir”.

Hesab edirəm ki, ABŞ-ın seçki sistemində çatışmazlıq olsa da, dünyada ən yüksək göstəriciyə layiq sistemdir. İdeal seçki sistemi mümkün olmasa da, ABŞ seçki sistemi mükəmməl seçki sistemidir.

ABŞ xalqı, fikrimcə, partiyaların namizədlərindən çox onların özlərinə səs verirlər. Məsələn, hər hansı bir Demokrat partiya tərəfdarı Respublikaçı partiya namizədinə heç bir halda səsini vermir. Onların elektoratları daim dəyişməz qalır. Ona görədir ki, üç əsrdən çoxdur ki, ABŞ-da iki partiya növbəli olaraq hakimiyyəti ələ alır, dövləti idarə edir. Əsas məsələ neytral səslərə sahib olmaqdır. Bunun üçün də namizəddən asılı olmayaraq verilən populist vədlərin və lobbilərin rolu əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Ən çox oxunanalar