Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmək pensiyalarının yenidən hesablanması qaydasına dəyişiklik edilib

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib...

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

1. əmək pensiyası minimum məbləğə çatdırılır;

2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

3. əmək pensiyası indeksləşdirilir.

Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar