Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub

Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər...

Aprel 29-da Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi aparıblar və bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə AzərbaycanErmənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verdi, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib.

O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz üvlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar