Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əlimizi qana bulamaq istəmirik, özünü as…” - Beyləqandakı xəyanət faciəsinin detalları

Beyləqanın Birinci Şahsevən kəndində iki nəfərin intiharı, bir nəfərin xəsarət alması və qulağının kəsilməsi ilə nəticələnən hadisənin bəzi təfərruatları məlum olub

PİA.az "Virtualaz.org"a istinadən bildirir ki, iki azyaşlı uşaq anası olan 25 yaşlı Nuranə Həsənova ilə eyni yerdə işlədiyi Gündüz Baxşəliyev arasında münasibət haqda qadının həyat yoldaşına elə kənd sakinlərindən biri xəbər verib. Birinci Şahsevən kənd sakinlərinin virtualaz.org-a dediyinə görə, hadisə təxminən 7-8 gün əvvəl baş verib. Qadının əri R.Həsənov Baxşəliyevlə arvadını bir yerdə yaxalayıb, amma necə olubsa onlar qaça biliblər.

"Kənddə hamı bu hadisədən danışır, hərə bir versiya söyləyir. Deyirlər əri bunları bir yerdə tutub, ancaq hansı şəraitdə, harada tutduğu bilinmir”,-sakinlərdən biri danışıb.

Nuranə Həsənova uşaq bağçasında aşbaz işləsə də, ailənin maddi imkanı pis olmayıb. "Qadın hadisədən sonra İkinci Şahsevər kəndində yerləşən ata evinə qaçıb, amma yaxınları ailəni biabr etdiyi üçün ona sahib çıxmaq istəməyiblər. Deyiblər ki, əlimizi sənin qanına batırmaq istəmirik. Qadın da intihar edib”,-söhbətləşdiyimiz kənd sakini belə deyir.

Uşaq bağçasında gözətçi işləyən Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev isə intihar etmədən əvvəl onları Emil adlı kənd sakininin calaşdırdığını söyləyib. Hansı ki, həmin şəxsin də qadınla yaxın münasibəti olub.

R.Həsənov Emilin arvadı ilə yaxın münasibəti olduğunu biləndən sonra onu bıçaqlayıb və təslim olub. Ağır yaralı halda Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Emil əməliyyat olunub.

pia.az


Etiket: Beyləqan hadisə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Ən çox oxunanalar