Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elgiz "Planet Parni iz Baku"nu yıxıb-sürüdü - Onlar isə…

Xəbər verdiyimiz kimi, “ARB TV”nin məhşur siması, aparıcı Elgiz Əkbər qonaq olduğu verilişdə onu parodiya edənlər siyahısında yalnız "Planet Parni iz Baku" KVN Teatrı kollektivi ilə bağlı sərt fikirlər səsləndirib...

Bakılı oğlanlarından çox incimişdim. Çünki, onlar məni çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə, o insanı hamı kimi sevindirməlidir. Parodiya etdilər, amma məni çağırmamışdılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Qardaşım, sən məni niyə təhqir etməlisən?” – deyə E. Əkbər demişdi.

“Yeni Sabah” məsələ ilə bağlı “Planet Parni iz Baku” komandasının üzvləri ilə danışmaq istəsə də, onlar bundan boyun qaçırıblar. KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanova zəng etsək də, o, mövzu barəsində şərh verməyəcəyini qəti şəkildə bildirib.

Bundan sonra həmin səhnədə rol alan əməkdar artist Əkbər Əlizadə ilə də telefon əlaqəsi yaratdıq. “Mən başqası ilə bağlı heç bir suala cavab vermirəm”, - deyən aktyor da məsələ barədə fikir bildirməkdən boyun qaçırıb.

Xatırladaq ki, “10 Line Yubiley” adlı konsertdə yer alan səhnədə teleaparıcı Elgiz Əkbər “Elqız, Elqaz” deyilərək gülüş hədəfinə çevrilmişdi. Həmin görüntüləri təqdim edirik.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay