Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: "Parisə etibarımız sıfıra bərabərdir"

Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibə verib...

“Bu gün ErmənistanAzərbaycan arasında hətta potensial vasitəçi kimi Fransaya olan etibarımız sıfıra bərabərdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibəsində deyib.

“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana hədsiz dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Tam tərsi”, - deyə o vurğulayıb.

Əmirbəyov əlavə edib ki, Parisin erməni maraqlarını fədakarlıqla müdafiə etmək öhdəliyinə son açıq sübut Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmaq, o cümlədən de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması oldu.

“Fransanın bu cür düşüncəsiz addımı nəinki onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını puça çıxarır, həmçinin, Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edərək regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır”, - deyə Elçin Əmirbəyov yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar