Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: “Ermənilər vaxtla oynayırlar və status-kvonu möhkəmləndirməyə çalışırlar”

“Ermənistan rəhbərliyi danışıqlar prosesini süni surətdə ləngidir. Vaxt udmaq və regionda formalaşmış mövcud status-kvonu möhkəmləndirmək məqsədilə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayınır”...

Poliqon xəbər verir ki, bu barədə bu gün Fransanın "L'Opinion" nəşrində Laçın yolu ətrafındakı vəziyyətlə bağlı dərc olunan məqalədə deyilir.

Məqalənin müəllifi Jan-Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək yazır: “Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.

J.Merşe yazır ki, erməni separatçılar Azərbaycan hakimiyyətinin göndərdiyi un karvanını Qarabağda ermənilərin yaşadığı yaşayış məntəqələrinə buraxmamaq üçün bu həftə Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar bu davranışı Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanımaq istəməməsi ilə izah edirlər.

Bakı isə öz növbəsində məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edir. Əhalinin ərzaq və digər zəruri mallarla təmin olunmasının müxtəlif yolları ilə bağlı hər hansı ayrı-seçkiliyi rədd edir.

Müəllif yazır ki, Azərbaycan da Ağdamdan keçən yolun açılmasından sonra Laçın yolunun açılmasını təmin etməyə hazır olduğunu bəyan edib.

AzərbaycanErmənistan arasında sülh sazişi üzrə danışıqlarda konkret irəliləyiş olmadığı halda hərbi qarşıdurma riski artır”, - Elçin Əmirbəyov qeyd edib.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar