Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “Deputatların əksəriyyəti bisavaddır, buna görə də 7500 alırlar..."

Akademik-deputat Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinə etiraz edib. Adına görə. Deyib ki, dilçi olsa da, “qeyri-maddi mədəni” ifadəsini başa düşmür. Hətta deyib ki, dilimizi məhv edən beynəlxalq konvensiyalardır. Xarici İşlər Nazirliyində “Azərbaycan dilini bilən bir adam yoxdur” da deyib. Ola bilər ki, Cəfərov yaxşı dilçidir, amma deputat olmaq üçün babat hüququ bilmək lazımdır. Hər hansı əmlak maddi və qeyri-maddi ola bildiyi kimi, mədəni irs də maddi (məsələn, abidə) və qeyri-maddi (məsələn, adət) ola bilər. Təəssüf ki, deputatlarımızın mütləq əksəriyyəti hüquqi cəhətdən bisavaddır. Elə yaxşı ki, qanunları reallıqda onlar qəbul etmir.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Nizami Cəfərovun çıxışı Milli Məclisin reallıqda qanunverici olmadığını bir daha təsdiqləyib: “Adama deyərlər ki, qanunvericisənsə, XİN-in yazdığını dəyiş, öz bildiyin kimi yaz. Yaza bilməzsən axı, çünki daxil olmuş qanun layihələrinə düzəliş etməyə savadınız bir tərəfə, cürətiniz çatmaz. Əks halda, bir sıra qanunlarda həqiqətən də dilimiz təhqir olunmazdı. Məsələn, Vergi Məcəlləsinin 169.1-ci maddəsində “otel” sözü var. “Mehmanxana” yox, heç olmasa “hotel” də yox! Yaxşı ki, “motel” yazmayıblar. Həmin Məcəlləni də Milli Məclisdə 23 ildir əyləşən Cəfərov qəbul edib də! Niyə buna etiraz etməyib bəs? O ki qaldı “qeyri-maddi mədəni irs”ə, Cəfərova xatırladıram ki, hələ 2006-cı ildə onun oturduğu Milli Məclis “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” Qanun qəbul edib. Həmin ifadənin olduğu digər qanunlar da qəbul edib. Məsələn, 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun 9.1-ci maddəsində deyilir: “Şuşa şəhərinin ərazisində abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılması təmin edilir, habelə maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri təşkil edilir.” Bəs onda niyə Cəfərov narazılığını bilirmədi? Bütün bunların nəticəsi isə budur. Milli Məclis qanunverici orqan deyil. Deputatların mütləq əksəriyyəti hüquqi cəhətdən bisavaddır. Qəbul etdikləri qanunlardan da xəbərləri yoxdur. Bacardıqları bircə arabir pafoslu boş-boş danışmaqdır. Buna görə də təxmini 7500 manat maaş alırlar...”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar