Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı    

Hindistanda Nyu-Delhinin də daxil olduğu Delhi milli paytaxt dairəsi dünyanın ən çirkli paytaxt şəhəri kimi qəbul olunub...

Ən çirkli havaya malik şəhər isə Hindistanın Bequsaray şəhəri seçilib.

Bu barədə İsveçrənin “IQAir” təşkilatı tərəfindən hazırlanan dünyada 2023-cü il üzrə havanın keyfiyyəti ilə bağlı araşdırmada bildirilib.

“Delhidə PM2.5 səviyyəsi 2022-ci ildə hər kubmetr üçün 89,1 mikroqramdan 2023-cü ildə 92,7 mikroqrama qədər pisləşib”, - deyə araşdırmada qeyd edilib.

Beləliklə də şəhərin havasında PM2.5 (tənəffüs sisteminə dərindən nüfuz edə bilən və sağlamlıq problemlərinə səbəb ola bilən kiçik hissəciklər) konsentrasiyası hər kubmetr üçün 60 mikroqram təhlükəsizlik həddini xeyli üstələyib.

Araşdırmada vurğulanıb ki, 2018-ci ildən bəri Hindistanın paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxt şəhəri seçilib.

Eyni zamanda Bixar ştatındakı Bequsaray şəhəri dünyanın ən çirklənmiş aqlomerasiyası olan şəhəri kimi tanınır. Burada hər kubmetr üçün orta hesabla 118,9 mikroqram PM2.5 konsentrasiyası qeydə alınıb.(oxu.az)

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Ən çox oxunanalar